Şəkidə Şəfiqə Axundovanın yaradıcılıq gecəsi keçirilib

 

 

Şəki RMİ Şəki şəhər 4 nömrəli Uşaq musiqi məktəbində Xalq artisti, Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın (1924-2013) doğum günü ilə bağlı tədbir keçirilib.

İlk olaraq şəhidlərin və bəstəkarın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verilib, videoçarx nümayiş olunub.

Məktəbin bir qrup müəllim və şagirdinin ifasında bəstəkarın əsərləri səsləndirilib.

Sonda RMİ-nin rəisi Azər Yusubov və məktəbin direktor əvəzi Sevil Rəsulova çıxış edərək bəstəkarın zəngin yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

 

Mədəniyyət.- 2023.- 25 yanvar.- S.4.