Hər yazılan tarix olmasa da...

 

Paşa Kərimov: “İnstituta yeni əlyazma nümunələri daxil olanda əvvəlcə karantində saxlanılır

 

Hər il yanvarın 23-ü bir sıra ölkələrdəXətt günü yaƏlyazısı günükimi  qeyd olunur. Birləşmiş ŞtatlarınMüstəqillik Bəyannaməsi”nə (1776) imza atan dövlət xadimi Con Henkokun (1737-1793) doğum günü ilə bağlı olan günün məqsədi insanlara əlyazısının unikallığını, əl ilə yazı yazmağın vacibliyini xatırlatmaqdır.

Dövrümüzdə texnoloji yeniliklər müasir insanı öz fikirlərini əli ilə yazaraq ifadə etməkdən uzaqlaşdırıb. Amma bütün hallarda yazı qalıcılıq baxımından tarixdir bizim keçmiş barədə ən unikal mənbəyimizdir. Bu mənada AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Orta əsrlər Şərq yazılı abidələrinin toplanılması, sistemləşdirilməsi, mühafizəsi nəşri üzrə vahid bir mərkəz kimi mühüm elmi tədqiqat mərkəzidir. Burada Orta əsr elmlərinin bütün sahələrinitibb, astronomiya, riyaziyyat, mineralogiya, poetika, fəlsəfə, teologiya, hüquqşünaslıq, qrammatika, tarix, coğrafiya s. əhatə edən nadir əlyazma kolleksiyaları saxlanılır.

Hazırda Əlyazmalar İnstitutunda 40 mindən artıq material vardır. Bunlardan 12 minə qədəri ərəb qrafikalı əlyazmalarıdır ki, IX-XX əsrlərdə yazılıb ya üzü köçürülüb.

İnstitutun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimovla elmi mərkəz barədə söhbət etdik.

– Bu gün informasiya texnologiyaları dövründə əl yazısının əhəmiyyəti nədir?

Mən bu fikirdəyəm ki, rəqəmsal texnologiyalar tərəqqiyə çatdıqca əlyazısının əhəmiyyəti daha da artacaq. Doğrudur, bu gün bunu bir çoxları başa düşmürlər. Çoxumuz əl ilə yazmağı yadırğamışıq. Xarici ölkələrdə bunu daha çox görmüşəm. Qələmi düzgün tutmağı, fikrini əl ilə yazmağı vərdişdən çıxaranlar çoxdur. Yazıdan, qələmdən istifadə etmədən ünsiyyəti texnoloji vasitələrə keçirməyinməhsuludur” bu. Bunun gələcək üçün fəsadları da olacaq. Necə ki, indi kitabın önəmini anlamırlar, eləcə yazı vərdişlərinin fiziki mənəvi əhəmiyyətini sonra dərk edəcəklər.

İnstitutda qorunan əlyazmalar onların tarixi haqqında məlumat verərdiniz.

Əlyazmalar İnstitutunda saxlanılan ən qədim əlyazma IX əsrə aid edilən dəri üzərində yazılmış QuranınƏn-Nisa” (“Qadınlar”) surəsinin bir hissəsidir. Üzərində qeyd olan ən qədim əlyazmalardan biri X əsrin sonunda tanınmış leksikoqraf İsmail əl-Cövhəri tərəfindən tərtib edilmiş klassik ərəb dilinin izahlı ensiklopedik lüğəti hesab edilən “Əs-sihahəsərinin əlyazmasıdır ki, 1117-ci ildə avtoqraf nüsxəsindən üzü köçürülüb. Əbu Əli ibn SinanınQanun fi-t-tibb” (“Tibbi qanun”) əsəri (II cild) ərəb dilində yazılmış, tibbə farmakologiyaya aid məşhur risalədir. 1143-cü ildə, müəllifin ölümündən 104 il sonra Bağdadda nəsx xətti ilə köçürülüb. Dünyada qədimliyinə görə ən nadir nüsxələrdən biridir tibb elminin inkişafına ciddi təsir göstərmiş fundamental əsərlərdən hesab edilir. İbn Sinanın bu əsərinin keçən əsrin 80-ci illərində rus özbək dillərində Daşkənddə nəşri zamanı Özbəkistan alimləri ikinci kitabın elmi-tənqidi mətnini tərtib etmək üçün Bakı əlyazmasından əsas nüsxə kimi istifadə ediblər.

İnstitutdakı əlyazmalar, əsasən, İslam dünyasına, Azərbaycana aid ərəb, fars türk dillərindəki yazılı nümunələrdir. Bunların ərəbcə farsca olmaları o demək deyil ki, bizim deyil. Azərbaycan alimlərinin, şairlərinin, ən böyük nailiyyəti yüksək savadı ilə yanaşı, iki üç dil bilmələri idi.

Fərqli dillərdəki əlyazmaların Azərbaycana mənsubluğunu müəyyən edən əsas mənbə, sözsüz ki, müəllifləridir. Başqa hansı nüanslar var?

Bəli, əlyazmaların müəllifləri ilkin mənbədir. Amma bəzən müəllifin adı itdiyindən, yaxud cildlənməsində, xəttat tərəfindən köçürülməsi prosesində müəllif qeyd edilməsə belə, üslub ifadə formasından da aid olduğu şəxsi təyin etmək olur. Bu barədə, demək olar ki, heç yanılmamışıq.

Əlyazmanın dövrü necə müəyyən olunur?

– Bu, ekspertiza ilə müəyyən edilir. Amma burada bir məsələ var. Əgər üzərində dəqiq tarix ya ona işarə verən bir təsvir yoxdursa, bu, qeyri-dəqiq məlumat hesab olunur. Ola bilsin, çox qədimdir, amma qeydiyyat aparılmayıb, yaxud da o qeyd olan hissəsi cırılıb. Bu o demək deyil ki, biz onun dövrlüyünü müəyyən edə bilmirik...

Fonddakı türkcə ən qədim mənbə hansıdır?

Təəssüf ki, yoxdur. Orta Asiyada, Rusiyada, Monqolustanda belə yazı nümunələri var, amma bizə gəlib çıxmayıb.

Azərbaycan müəlliflərindən daha çox kimlərin əlyazmaları var bunlar hansı sahələri əhatə edir?

Bizdə Orta Asiya müəlliflərinin əlyazmaları daha çoxdur. Məsələn, ən çox əlyazması olan (500-dən çoxdur) fars-tacik şairi Əbdürrəhman Camidir. Əlyazmaların çoxluğu onun daha çox oxunmasının göstəricisidir. Hafiz Şirazinin şeirləri, Məhəmməd Füzulinin, Əlişir Nəvainin əsərlərinin əlyazmaları da çoxdur. Bu o deməkdir ki, sözügedən müəlliflərə kütləvi maraq çox olub.

Bir qədər əlyazmaların tədqiqindən danışsaq...

İnstitut olaraq prioritet fəaliyyət istiqamətimiz azərbaycanşünaslıqdır. Burada eləcə qorunan abidələrin mühafizə şəraitinin daim müasirləşdirilməsi, onların müntəzəm dezinfeksiya, gigiyena bərpası məsələlərinin həlli, əlyazmaların kataloqlaşdırılması sistemləşdirilməsi, onların tədqiqi həyata keçirilir. Tədqiqatda ən vacib məsələ isə, sözsüz ki, bərpadır. Bizdə əlyazmaların bərpası laboratoriyası fəaliyyət göstərir, burada kimyaçılar, bioloqlar çalışır. Hazırda dünyada tətbiq olunan bərpa texnologiyaları bizdə var. Bərpa zamanı çoxsaylı preparatlar lazım olur. Onların bəzisini Almaniyada yaşayan alim dostlarımdan xahiş edirəm, göndərirlər. Məsələn, bir məqamı deyim: əlyazmalarda adi yapışqandan istifadə etmək olmaz. Çünki onun tərkibi sonradan qurd yaradır. Qeyri-üzvi vasitələrdən, cihazlardan da paralel istifadə edilir. Əlyazmaların təmizlənməsi cildlənməsi ayrıca bir proses, elmdir üzərində dayanmaq çox vaxt aparır. Orada uzun proseslər gedir. İnstitutumuza təzə əlyazma daxil olanda onları karantində saxlayırıq. Bu nümunələr birdən-birə əlyazmalara qarışsa, bunda olan xəstəliklər əvvəlki materiallara keçə bilər. Əlyazmaları vaxtaşırı təmizləyənlər, dərmanlayanlar var. Onu da deyim ki, hər texnologiyanı, yeni kəşfi əlyazmalara tətbiq edə bilmirik. Bunun üçün müəyyən zaman lazımdır. Həm bilmək olmaz ki, bu texnologiyalar 20 ildən sonra əlyazmaları üçün hansı fəsadları törədə bilər... Bu məsələdə çox ehtiyatlı olmaq lazımdır. Mümkün qədər ənənəvi üsuldan istifadə edirik. Çünki onların əlyazmalara ziyan vermədiyini bilirik.

– Əlyazmaların alınması, bağışlanılması və mübadiləsi prosesi necə olur? Yəqin ki, bunun da müvafiq qiymətləndirmə cədvəli var?

Sovetlər dövründə vahid sistem var idi. Böyük əlyazmaşünasımız, institutumuzun ilk direktoru Məmmədağa Sultanovun dəfələrlə əlyazmaların qiymətləndirməsi prosesində iştirak etmiş, ondan çox şey öyrənmişəm. İndi zaman dəyişib, vahid qiymət yoxdur. Satan bir qiymət qoyur, alan da başqa. Əslində, əlyazmanın qiymətləndirilməsi də mümkünsüzdür. Daha çox qədimliyinə, nəfisliyinə, müəllifinə və s. görə olur. Əsasən, fondumuzda olmayan əlyazmaların üzərində çox dayanırıq, onları arayıb-axtarırıq. Ümumiyyətlə, əlyazmalar üzərində böyük zövqdür. Həm də ağır işdir. Ömrümüz, sağlamlığımız, gözümüzün nuru gedir. Bu günolmasa, yəqin sonra əməyimizin dəyərini bilərlər...

– Gənc tədqiqatçıların bu sahəyə marağı necədir?

Maraq göstərənlər var. Amma anlayırlar ki, uzun, gərgin əmək istəyən işdir. Ona görə də gənclər bu sahəyə az meyil edirlər. İçlərində bu işə sevgi ilə bağlananlar da çoxdurbu da bizi sevindirir. Baxın, 45 ildən çoxdur bu sahədə çalışıram, adam qopa bilmir. Gənclərə, yeni tədqiqatçılara da belə dərin sevgi ilə bağlılığı arzu edirəm. Çünki bu elm sahəsi və bu fondlarda qorunanlar xalqımızın böyük maddi-mənəvi sərvətidir.

 

Söhbətləşdi: Həmidə Nizamiqızı

Mədəniyyət.- 2023.- 25 yanvar.- S.6.