Türk dünyasından ŞuşayaŞuşadan Türk dünyasına”

 

Şeir və hekayələr toplusu Daşkənddə təqdim edilib

 

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyiTürk dünyasından ŞuşayaŞuşadan Türk dünyasına” adlı layihə çərçivəsində eyniadlı nəşrin təqdimatı olub.

Tədbirdə AMM-in direktoru Samir Abbasov Şuşanın tarix və mədəniyyətimizdəki rolunu xüsusi vurğulayaraq, Prezident İlham Əliyevin qala-şəhərimiz haqqında “Şuşa Azərbaycan üçün həm qürur, milli mənlik, həm də mədəniyyət, incəsənət və tarixdir” fikirlərini xatırladıb.

Qeyd olunub ki, TÜRKSOY tərəfindən 2023-cü ildə Şuşa şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilibbu nəşrin təqdimatı “mədəniyyət paytaxtı” ili üzrə Özbəkistanda keçirilən ilk tədbirdir. Kitabda Türk dünyasını əhatə edən 17 şair və yazıçının Şuşa ilə bağlı şeir və hekayələri toplanılıb.

Özbəkistan Yazıçılar İttifaqının sədr müavini, şair Qayrat Məcid Şuşaya səfər təəssüratlarından danışıb, şəhərin qədim tarixə, zəngin mədəniyyətə və təkrarsız ənənələrə malik nadir məkanlardan olduğunu diqqətə çatdırıb.

Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun rektoru pedaqogika üzrə fəlsəfə doktoru Eldar Şermanov bu qəbildən tədbirlərin Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinin inkişafında əhəmiyyətindən söz açıb.

Ə.Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri professor Nurbay Cabbarov, professor Səadət Məhəmmədova, dosent Gülbahar Aşurova, Azərbaycan Gənclər Fondunun nümayəndəsi Zülfiyyə Yaqubova, nəşrdə hekayəsi olan Nərgiz Əsədova və başqaları Türk dünyasının daha da yaxınlaşdırılması istiqamətində belə nəşrlərin vacibliyini vurğulayıblar.

Layihənin rəhbəri, DGTYB-nin başqanı şair İntiqam Yaşar təqdimat mərasiminin təşkilinə görə AMM-ə minnətdarlıq edib.

 

Mədəniyyət.- 2023.- 25 yanvar.- S.3.