“Azərbaycanda çay
mədəniyyəti”
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Tarixi etnoqrafiya şöbəsinin müdiri tarix elmləri doktoru, dosent İlhamə Məmmədovanın “Azərbaycanda çay mədəniyyəti” kitabı çapdan çıxıb.
İnstitutdan bildirilib ki, monoqrafiya Azərbaycanda çay
mədəniyyətinin tarixi-etnoqrafik tədqiqinə
həsr edilir. Azərbaycanda
çay süfrəsinin etnoqrafik
xüsusiyyətləri, həmçinin ənənəvi
içkilər və şirniyyat növləri
haqqında məlumat verilir, çayın
ölkəmizdə və dünyada
yayılması, müxtəlif xalqların çay
mədəniyyəti izah olunur.
Azərbaycan etnoqrafiya elmində ilk dəfə Səfəvilər
dövründə qəhvəxana və çayxanaların
yaranması haqqında məlumat verilir. Tarixi mənbələr, ədəbiyyat və
çöl-etnoqrafik materialları əsasında
qələmə alınan əsər Azərbaycan
xalqının mədəni irsinin öyrənilməsinə
töhfədir.
Mədəniyyət.- 2023.- 27
yanvar.- S.6.