Zaman Art”daÖmürdən səhifələrdavam edir

 

 

İçərişəhərdə yerləşənZaman Art” qalereyasında Əməkdar rəssam Eldar Qurbanovun 75 illik yubileyinə həsr olunmuşÖmürdən səhifələradlı fərdi sərgisi davam edir.

Xəbər verdiyimiz kimi, yanvarın 6-da açılışı keçirilən üç hissədən ibarət sərginin 20 Yanvar faciəsinə həsr olunanYüksək ruhlaradlı ikinci ekspozisiyası artıq ziyarətçilərin ixtiyarına verilib. Ekspozisiya fevralın 1-dək nümayiş olunacaq.

Qeyd edək ki, sərgi praktikasına yenilik gətirən qalereya ilk dəfə olaraq üç ekspozisiyadan ibarət dinamik, dəyişən sərgi keçirir. Əsərlərin ekspozisiyalara bölünməsi tematik xarakter daşıyır. Layihənin ideyası işi üç fərqli mövzuya bölməkdir.

Mələklərdən hədiyyəadlanan ilk ekspozisiya yanvarın 19-dək davam edib. Burada avtoportretlər, uşaqlıq xatirələri ilə bağlı əsərlər, rəssamın dünyaya baxışlarını əks etdirən tablolar nümayiş olunub.

Üçüncü ekspozisiya isəƏtiradlanacaq fevralın 3-dən martın 3-dək açıq olacaq. Qadın gözəlliyini əks etdirən üçüncü ekspozisiyada əsasən qadın portretləri yer alacaq.

 

Lalə

Mədəniyyət.- 2023.- 27 yanvar.- S.3.