Yaratdığı rollarla hər zaman xatırlanacaq

 

Ələsgər İbrahimov qısa ömrünü kinoya həsr etmişdi

 

Kino istedad bacarıqla yanaşı, yaraşıqlı xarici görünüşü, xarakterləri sevir. Bu kimi keyfiyyətlərə malik olanları daha tez tanıdır. Azərbaycan kinosunda yaddaqalan obrazlarına görə seçilən Ələsgər İbrahimov (30.1.1943 – 10.3.1983) da kinonun məşhurlaşdırdığı aktyorlarımızdandır. Onun adı çəkiləndə göz önündə xarakterik rolları canlanır. Yaradıcılıq qismətinə düşən rollarının həyat mövqeyini dəqiq çatdıran aktyor rejissorların ideyalarını realist yaradıcılığı fonunda təsdiqlədiyinə, çoxsaylı tamaşaçı rəğbəti qazandığına görə yoxluğunda belə adı rəğbətlə xatırlanır, xatirəsi hörmətlə anılır. Yaddaşlarda iz salan aktyoru anadan olmasının 80-ci ildönümündə ehtiramla yad edirik. 

Ən böyük tərbiyəçi çətinlikdir, deyirlər. Ələsgər İbrahimovun kinoya gəlişini, ardıcıl uğurunu da sanki doğulduqdan boyuna biçilmiş çətinliklərlə əlaqələndirmək olar. Uşaqlıq yeniyetməlik dövrü ağır illərə təsadüf edən gələcəyin məşhur aktyoru orta məktəbi bitirdikdən sonra Dövlət Neft İnstitutunda (indiki ADNSU) təhsil alıb. Maddi çətinlikləri olan ailəni dolandırmaqdan ötrü müxtəlif yerlərdə çalışıb. Kinorejissor Arif Babayevlə tanışlığından sonra isə həyatını bütünlüklə kinoya bağlayıb. Kinostudiyada mühəndis işləyib, paralel olaraq filmlərdə çəkilib. Görkəmli rejissor Adil İsgəndərovun kinostudiyanın nəzdində açdığı kinoaktyor kursunda təhsil alması isə onun kino fəaliyyətinin püxtələşməsinə səbəb olub.

Epizod rolları ilə belə yaddaşlarda qalan aktyor Azərbaycan kinosu üçün bir tapıntı idi desək, yanılmarıq. Debüt rolu rejissor Rüfət Şabanovun quruluş verdiyiLiftçi qız” (1966) kinonovellasında (çimərlikdəki gənc) olub. Bundan sonra Arif Babayevin quruluş verdiyiİnsan məskən salırfilmində Ramiz Ağayev obrazını yaradıb. Ekran qəhrəmanının fərdi xüsusiyyətlərini, bəzən çılğın, bəzən ciddi, mərd, qürurlu, zəhmətkeş cəhətlərini ustalıqla canlandırıb. Obrazın daxili aləmini, ətraf mühitə, həmkarlarına olan münasibətini orijinal üslubda, dəqiq ştrixlərlə göstərib.

Ramiz Moskvada ali təhsilini yarımçıq qoyaraq Neft Daşlarında işləməyə gəlib. Bu istəyini dostu ilə dialoqundaanladım ki, elmin Ramiz Ağayevə ehtiyacı yoxdurdeyərək izah edir. Neft mühəndisi kimi yeni təyin olunduğu briqada üzvləri isə onu qəbul etmək dənizdə həlak olan dostları Cavadın əvəzləyicisi kimi görmək istəmirlər. Çətinliklərdən qorxmazlığı, əzmkarlığı Ramizin briqada üzvlərinin rəğbətini qazanmasına səbəb olur, qərarının doğruluğunu təsdiqləyir.

Realist yaradıcılığı fonunda obrazın fərdi cəhətlərini, qəliz xüsusiyyətlərini, həyat amalını dəqiqliklə çatdıran aktyor personajın düşüncə psixologiyasını xarakter  səviyyəsində təqdim edib. Məhz bu mənada yaradıcılıq artistizmdən əlavə intuitiv yanaşma, psixoloji hazırlıq da tələb edir. Ələsgər İbrahimovun şəxsi keyfiyyətlərindən doğan müəyyən fərqli cəhətləri rolun xarakteri ilə üst-üstə düşməsinə, personajın inandırıcı alınmasına zəmin yaradıb.

Xalq artisti, kinorejissor Əbdül Mahmudovun sənət dostu haqqında fikirləri yerinə düşür: “Ələsgər İbrahimov ziyalı, mədəni insan idi. Adil İsgəndərovun açdığı kino kursunda oxuyurdu. Adil müəllimin ona böyük hörməti vardı. Həmin illərdə mən həmin kursda dərs deyirdim. Ələsgərlə bir kursda Fuad Poladov, Almaz Əsgərova digər tanınmışlar oxuyurdu. O, Ömər Xəyyamın şeirlərini, qəzəllərini rus dilində əzbər bilirdi, hərdən bizə söyləyirdi. Arif Babayev onu kinoya gətirməkdə yanılmamışdı. Kinoya uyğun siması, fakturası vardı, həm kino ilə nəfəs alırdı. Buna görə İnsan məskən salırfilmindən sonra rejissorların diqqətini cəlb etdi, başqa filmlərə dəvət aldı.

Kinostudiyada böyük bir laboratoriya vardı. Ələsgər orda müdir işləyirdi. Sadə, mehriban insan idi. Kinostudiyada kimdən soruşsanızişıqçıdan fəhləyə, qrim ustasından rejissora qədəronun haqqında hamı yaxşı danışacaq. Bir sözlə, kinoya lazımlı adam idi...”.

Göründüyü kimi, bu sənətdə istedad, xarici görünüşlə bərabər daxili zənginlik, mənəvi keyfiyyətlər çox önəmlidir. Ələsgər İbrahimovu tamaşaçılara sevdirən mühüm səbəblərdən biri özünəməxsus mimika jestlərlə personajların daxili aləmini, istək düşüncələrini məharətlə çatdıra bilməsi idi. Aktyor bu cür oyunla personajların reallığına, qəbul olunaraq sevilməsinə səbəb yaradırdı. Onun ifasında ovçu (“Bizi dağlarda axtarın”),  Kamil (“Torpaq. Dəniz. Od. Səma”), bolşevik (“Ömrün ilk saatı”), kapitan Cabbarov (“Arxadan vurulan zərbə”), Əlimərdan (“Dvorjakın melodiyası”) kimi personajlar da orijinal, dolğun ifada ekran hadisələrinin məzmununu tamamlayır, mahiyyətini çatdırır.

Yeddi oğul istərəm…” filmindəki Zalımoğlu obrazı da digər personajlar qədər diqqət çəkir, filmin aparıcı qüvvəsi kimi qəbul edilir. Kiçikplanlı rolun filmin aparıcı qüvvəsinə çevrilməsinə şərait yaradan isə aktyorun rola fərdi münasibəti, yanaşma tərzidir.

Ötən əsrin inqilabi-tarixi hadisələrindən bəhs edən filmdə Zalımoğlunun daim narahat, düşüncəli davranışı, məntiqli sualları tamaşaçı diqqətini hadisələrin məğzinə yönəldir. Siyasi-ideoloji mübarizədə insanların bir-birinin qanına bais olması, qardaş qanının (vətəndaş müharibəsi) nahaqdan axıdılması vurğulanır. Bu kontekstdə Zalımoğlu kimi gənclərin puç olmuş həyat hekayəsi məntiqli nüanslarla şərh edilir, filmin ümumi ideyası ətraflı şəkildə təsdiqini tapır.

Ələsgər İbrahimovun realist yaradıcılığı ilə yanaşı romantik aktyor məktəbinə aid xüsusiyyətləri kinorejissor Nazim Abbasın quruluş verdiyi iki filmdə təsdiqini tapır. İstər İkinci Dünya müharibəsi illərində yaralı azərbaycanlı əsgərin başına gələn hadisələr (“Dvorjakın melodiyası”),  istərsə Daşkəsən dağlarında geoloq Leyla ilə təsadüfən rastlaşan ovçunun qısa həyat hekayəsi (“Bizi dağlarda axtarın”) aktyorun tərəf-müqabilləri ilə olan yaradıcılıq həmrəyliyi, doğru mizanlanmış təqdimatı fonunda bitkin fikir mesaj olaraq qəbul edilir, izlənilir. Hər iki filmdəki azsözlü personajın xarakterik cizgiləri, fərdi cəhətləri mövcud vəziyyətə uyğunlaşmış şəkildə, səmimi ifada təqdim edilir.

Məhz bu mənada aktyorun rejissorlarla yaradıcılıq dostluğunun sübutu olan rolları kinoya daxilən bağlılığını bir daha təsdiqləyir.

Əməkdar mədəniyyət işçisi, kinorejissor Akif Rüstəmov onu belə xatırlayır: “Ələsgərin kinoya böyük məhəbbəti vardı. Sadə, səmimi sakit adam idi. Həmişə səliqəli geyinirdi. Çox vaxt da gülümsəyirdi. Yaxşı futbol oynamağı da vardı. Yadımdadı, kinostudiyada hər şöbənin öz komandası var idi. Həvəskar komandalar olsa da, oyunçular yaxşı oynayırdılar. Hətta kinostudiyanın çempionatı da olurdu, birincilik qazanırdı. Həmkarlar ittifaqı qalib komandaya kubok pul mükafatı verirdi. Ələsgər futbolu sevirdi, yaxşı da oynayırdı. Kollektivin ürəyi idi. Onun kiminləsə mübahisə etdiyini heç vaxt görmədim. Yaxşı xüsusiyyəti çox idi deyə hamı xətrini çox istəyirdi...”.

Ələsgər İbrahimovun müsbət fərdi keyfiyyətləri və işini sevməsi onu həmkarlarının,  tamaşaçıların sevimlisinə çevirmişdi. Kinostudiyanın sevimli sakininin bəxti bironda gətirir ki, filmlərdə canlandırdığı ekran personajlarını Həsənağa Turabov (Ramiz), Kamal Xudaverdiyev (Cabbarov), Həsən Əbluc (Kamil), Əliabbas Qədirov (bolşevik) kimi görkəmli sənətkarlar səsləndirib, aktyorun sevgi ilə yaratdığı rolları ikiqat sevdiriblər.

Kinoda az çəkilməsi təəssüf doğuran Ələsgər İbrahimov, digər filmlərdə rol almasaydı  belə, təkcə Ramiz Ağayev obrazı ilə yaddaşlarda yaşayacaq, kinomuzun unudulmaz siması kimi xatırlanacaqdı. Qısa ömrünü kinoya həsr etmiş aktyora 8 filmdə irili-xırdalı rol verən rejissorların onun bacarığından zamanında yararlandıqları, kinoda qalmasına kömək, dayaq olduqları təsdiqini tapır.

Kino istedadları sevir, yaddaşlara yazır. Təsadüfi gəlişləri sevmədiyi kimi, vaxtsız itkilərlə barışmır. Elə buna görə , sağlığında olduğu kimi, yoxluğunda da sevimli aktyorun nakam ömründən qalan uğurunun izlərini nəsillərə hörmətlə  tanıtmaqdadır,  xatırlatmaqdadır...

 

Şəhla Əmirli

kinoşünas

Mədəniyyət.- 2023.- 27 yanvar.- S.7.