İslam İncəsənəti Biennalesiilk dəfə

 

Ciddədə təşkil edilən sərgidə Azərbaycan pavilyonu da təqdim olunur

 

Səudiyyə Ərəbistanının Ciddə şəhərində ilk dəfə İslam İncəsənəti Biennalesi keçirilir.  Yanvarın 23-də açılışı olan biennaledə Azərbaycan Milli İncəsənət Muzeyininİslam incəsənəti” kolleksiyası əsasında Azərbaycan pavilyonu da təqdim edilir.

Pavilyonda muzeyin kolleksiyasına məxsus Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini özündə əks etdirən dəyərli eksponatlarkeramika, xalçaçılıq və bədii metal sənəti nümunələri, o cümlədən XVII-XVIII əsrlərə aid nadir miniatür kolleksiyası nümayiş olunur. Həmçinin XIII əsrin yeganə tam əlyazması olan Əyyuqinin “Vərqa və Gülşah” poeması və rəssam Əbdülmömin Məhəmməd əl-Xoyinin illüstrasiyalarından ilhamlanaraq yaradılan “Vərqa və Gülşa: geri dönüş” adlı multimedia instalyasiyası nümayiş etdirilir.

İslam İncəsənəti Biennalesi üç ayaprelin 23-dək davam edəcək.

İslam incəsənətinin dünəni, bu günü və gələcəyinin mənəvi, yaradıcı və estetik ifadəsinin araşdırılmasına həsr olunmuş biennale Kral Əbdüləziz adına Beynəlxalq Hava Limanının “Həcc” terminalında 70 min kvadratmetr sahədə təşkil edilib.

Birinci evmövzusunda keçirilən biennale çərçivəsində Dar əl-Əttar əl-İslamiyyə (Küveyt), Qahirə İslam İncəsənəti Muzeyi (Misir), Benaki Muzeyi (Yunanıstan), Oman Sultanlığının Milli Muzeyi, Kral Əbdüləziz Mərkəzi Dünya Mədəniyyəti (Səudiyyə Ərəbistanı), Milli İrs İnstitutu (Tunis), Qətər Milli Kitabxanası, Əhməd Baba Ali Təhsil və İslam Araşdırmaları İnstitutu (Mali), Əl-Harameyn Fondu (Səudiyyə Ərəbistanı), digər muzey və təşkilatlar tərəfindən İslam incəsənətinin zənginliyini, dünya müsəlmanları arasında mənəvi və bədii-estetik əlaqəni özündə əks etdirən pavilyonlar təqdim edilir.

 

Mədəniyyət.- 2023.- 27 yanvar.- S.1.