Gənc
kinematoqrafçılara dəstək məqsədilə
Alternativ Kino Akademiyası yaradılır
Mədəniyyət Nazirliyinin nəzdindəki Azərbaycan
Respublikası Kino Agentliyi (ARKA) gənc
kinematoqrafçılara dəstək məqsədilə
Alternativ Kino Akademiyası təsis edib.
Agentlikdən bildirilib ki, layihənin kuratorluğu
tanınmış kinorejissor, Əməkdar incəsənət
xadimi Elxan Cəfərova həvalə olunub.
Nizami Kino Mərkəzində Alternativ Kino
Akademiyasının ilk tədbiri keçirilib. Tədbirdə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetindən ARKA-ya təqdim olunan 16 tələbənin
layihəsindən 7-sinin təqdimatı olub.
Elxan Cəfərovun və ARKA-nın əməkdaşlarının
iştirakı ilə keçirilən təqdimatda Xəyal
Rzanın “Allaha salam”, Şirin Əhmədovun “Sürəyyanın
32-ci günü”, Mirhafiz Həsənovun
“Çağırılmamış qonaq”, Məhəmməd Məmmədovun
“Qayıtdım”, Elmar Fərzəliyevin “Düşmüş
mələk”, Araz Quliyevin “İkinci nəfəs” və Mirzahid
Ağayevin “İnam” layihələri nümayiş etdirilib.
Qeyd edək ki, Alternativ Kino Akademiyasının təsis
olunmasında əsas məqsəd tələbə
kinematoqrafçıların yaradıcılıq fəaliyyətinin
təşviqi, kinoda yeni məzmunun yaradılması, kino vasitəsilə
xaricdə milli-mənəvi dəyərlərin
çatdırılması üçün işlərin
görülməsidir. Bunun üçün ARKA tərəfindən
inzibati, yaradıcı məsələlərin təkmilləşdirilməsi,
yerli və beynəlxalq festivallarda iştirakın təşviqi,
məzmun keyfiyyətinin artırılması, qlobal kino cərəyanlarının
təhlili, müasir yerli kino cərəyanlarının
yaradılması, sənədləşmə proseslərində
operativliyin təmin olunması nəzərdə tutulur.
Mədəniyyət.- 2024.- 5 aprel, ¹25-26.- S.1;2.