Mədəniyyət
naziri vətəndaşların müraciətlərini dinləyib
Azərbaycan Respublikasının mədəniyyət
naziri Adil Kərimli aprelin 4-də Milli Kitabxanada vətəndaşları
qəbul edib.
Qəbulda Bakı şəhəri üzrə 30 nəfər
vətəndaşın müraciəti dinlənilib. Vətəndaşların
müraciətləri, əsasən, yaradıcı əməyin
qiymətləndirilməsi, mədəniyyət və incəsənət
xadimlərinə fəxri adların, fərdi təqaüdlərin
verilməsi, sahə ilə bağlı təklif, işlə
təmin olunma və digər məsələlərlə
bağlı olub.
Bütün müraciətlər dinlənildikdən
sonra qaldırılan məsələlər müvafiq qaydada
qeydə alınıb. Hər bir vətəndaşın
müraciətinin diqqətlə araşdırılması və
qeyd olunan məsələlərin qanunvericiliyə uyğun həlli
barədə struktur bölmələrin rəhbərlərinə
tapşırıqlar verilib. Həmçinin qəbulda səslənən
bir sıra təkliflərlə əlaqədar lazımi tədbirlərin
görülməsi tapşırılıb.
Görüşdə şəhid ailələrinin
qaldırdıqları məsələlərə xüsusi həssaslıqla
yanaşılması, vaxtında və obyektiv baxılması
məqsədilə hər bir müraciət qeydiyyata
alınaraq nəzarətə götürülüb.
Mədəniyyət.- 2024.- 5 aprel, №25-26.- S.2.