Belarusun mədəniyyət
naziri Milli Xalça Muzeyində
1-3 aprel tarixlərində Bakıda keçirilən
Belarus Mədəniyyəti Günləri çərçivəsində
Belarus Respublikasının mədəniyyət naziri Anatoli
Markeviç Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.
Nazir muzeyin ekspozisiyasında nümayiş etdirilən
sənət nümunələri ilə tanış olub.
Qonağa bu mədəniyyət ocağının yaranma tarixi
və fəaliyyəti, zəngin milli irsimiz sayılan Azərbaycan
xalça sənəti, muzeydə qorunub saxlanılan
xalça və xalça məmulatları, milli tikmə, bədii
metal və geyim nümunələri, həmçinin
kolleksiyaların zənginləşdirilməsi istiqamətində
görülən işlər, həyata keçirilən layihələr
barədə məlumat verilib.
Zərgərlik fondunu da ziyarət edən nazir Anatoli
Markeviç zəngin milli mədəni irsimizlə
tanışlıqdan məmnunluğunu ifadə edib, muzeylə
bağlı xoş təəssüratlarını xatirə
kitabına yazıb.
Qonağa muzeyin Ənənəvi texnologiya şöbəsində
toxunmuş xalça hədiyyə olunub.
Mədəniyyət.- 2024.- 5 aprel, №25-26.- S.2.