Şərqin ədəbi
dühası – Füzuli
Masallı rayon Mərkəzi Kitabxanasında dahi Azərbaycan
şairi Məhəmməd Füzulinin (1494–1556) anadan
olmasının 530 illiyi ilə əlaqədar “Şərqin ədəbi
dühası – Füzuli” adlı tədbir keçirilib.
Bildirilib ki, Məhəmməd Füzulinin
lirikasında insan, onun əzəmətli, parlaq camalı təbiətdə
olan bütün varlıqlardan üstün, qiymətli göstərilib.
Doğma Azərbaycan dilinə üstünlük verən, ən
mühüm əsərlərini bu dildə yazan şair eyni
zamanda fars və ərəb dillərində də əsərlər
yaradıb.
Məhəmməd Füzulinin əsərləri təkcə
Azərbaycanın deyil, bütün Yaxın və Orta Şərq
dünyasını heyrətə salmağa qadir olan
dühasının, ağlının, adi insan idrakının
qavramayacağı duyğular aləminin ölməzlik və əbədiyyət
heykəlidir.
Mədəniyyət.- 2024.- 17 aprel, ¹27-28.- S.4.