“Ədəbiyyatımızın
düşünən beyni”
Qazax rayon MKS-nin Elmar Hüseynov adına Mərkəzi
Kitabxanasında Xalq yazıçısı Mehdi Hüseynin
(1909–1965) anadan olmasının 115 illiyi münasibətilə
“Ədəbiyyatımızın düşünən beyni”
adlı kitab müzakirəsi keçirilib. Tədbirdə bir
qrup tələbə, fəal oxucu və kitabxana əməkdaşları
iştirak ediblər.
Əvvəlcə tədbir
iştirakçıları şəhər parkında Mehdi
Hüseynin abidəsini ziiyarət ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan ədəbiyyatında
xüsusi yeri olan Mehdi Hüseyn “Abşeron”, “Qara daşlar”,
“Yeraltı çaylar dənizə axır” və s. kimi əsərlərlə
yanaşı, “Fətəli xan”, “Qara daşlar”, “Səhər”
kimi kino ssenarilərinin müəllifidir. Ədib “Abşeron”
romanına görə Dövlət mükafatına layiq
görülüb. Bildirilib ki, dahi Azərbaycan şairi Nizamiyə
həsr etdiyi “Nizami”, Qafqaz Albaniyasının yenilməz sərkərdəsi
Cavanşirə həsr etdiyi eyniadlı tarixi dramları da
müəllifə şöhrət qazandırıb.
Mədəniyyət.- 2024.- 17 aprel, ¹27-28.- S.4.