Kitabxanada ədəbi
müzakirə
Sumqayıt Şəhər Gənclər
Kitabxanasında 5 saylı tam orta məktəbin 10-cu sinif
şagirdlərinin iştirakı ilə görkəmli
dramaturq, maarifçi Nəcəf bəy Vəzirovun (1854–1926)
170 illik yubileyi münasibətilə müəllifin “Müsibəti-Fəxrəddin”
əsərinin müzakirəsi keçirilib.
Kitabxananın müdiri vəzifəsini müvəqqəti
icra edən Leyla Mahmudova N.Vəzirovun həyat və yaradıcılığı
haqqında məlumat verib. Qeyd edib ki, dramaturq 1896-cı ildə
qələmə aldığı “Müsibəti-Fəxrəddin”
pyesi ilə Azərbaycan ədəbiyyatında faciə
janrının əsasını qoyub. Onun adıçəkilən
əsəri və digər pyesləri Azərbaycan
teatrlarının repertuarında yer alır. Bildirilib ki, ədibin
əsərləri dövlət varidatı elan olunan müəlliflərin
siyahısına daxil edilib.
Sonra “Bizim yubilyarlar” adlı kitab sərgisi ilə
tanışlıq olub.
Şagirdlər “Müsibəti-Fəxrəddin” əsərinin
qısa məzmununu danışıb, təhlil ediblər.
Əməkdar müəllim Elmira Allahverdiyeva əsərlə
bağlı şagirdlərin suallarını
cavablandırıb.
Mədəniyyət.- 2024.- 17 aprel, ¹27-28.- S.4.