Dünya İncəsənət Günü münasibətilə

 

15 aprel Dünya İncəsənət Günü (World Art Day) kimi qeyd olunur. 2019-cu ildə UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında təsis olunan günün məqsədi bədii yaradıcılıqla cəmiyyət arasında əlaqələrin möhkəmlənməsi, bədii ifadə müxtəlifliyinin önəmi və sənət adamlarının davamlı inkişafa verdiyi töhfələri diqqətə çatdırmaqdır.

Dünya İncəsənət Günü münasibətilə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə tədbir keçirilib.

RMİ-nin rəisi Aydın Bəşirov Ümummilli lider Heydər Əliyevin həmişə xalqın mədəni dəyərlərini, milli sərvətlərini qorunmasını və təbliğini diqqətdə saxladığını, qayğı göstərdiyini deyib. Ulu öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev də mədəniyyət və incəsənət sahəsinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşır.

Tədbir konsert proqramı ilə davam etdirilib. Fəaliyyətləri ilə fərqlənən mədəniyyət işçiləri regional idarə tərəfindən fəxri fərmanla təltif olunublar.

 

Mədəniyyət.-  2024.- 17 aprel, №27-28.- S.4.