“Fərəc Qarayevin portreti”
Görkəmli bəstəkara həsr olunan silsilə
konsertlər keçiriləcək
Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə 20-24 aprel tarixlərində “Fərəc Qarayevin
portreti” adlı layihə həyata keçiriləcək.
Layihə postsovet məkanının görkəmli bəstəkarlarından
biri, Azərbaycanın Xalq artisti, P.İ.Çaykovski adına
Moskva Dövlət Konservatoriyasının professoru Fərəc
Qarayevin 80 illik yubileyi münasibətilə reallaşacaq.
Layihə çərçivəsində aprelin 20-də
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik
Filarmoniyasında Fərəc Qarayevin bədii rəhbərliyi
ilə tərtib olunmuş konsert proqramı təqdim olunacaq.
Konsertdə Orxan Həşimovun dirijorluğu ilə Üzeyir
Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik
Orkestri, Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi
ilə Azərbaycan Dövlət Xor Kapellası və solistlər
Fəridə Məmmədova (soprano), İlham Nəzərov
(kontratenor) və Eldəniz Ələkbərzadə (piano)
çıxış edəcəklər.
Musiqi axşamında Fərəc Qarayev, İsmayıl
Hacıbəyov, Qustav Maler, Moris Ravel və Con Tavenerin əsərləri
ifa olunacaq.
Aprelin 23-də Beynəlxalq Muğam Mərkəzində
layihənin növbəti konserti təşkil olunacaq. Konsertdə
Bakı Müasir Musiqi Cəmiyyətinin ansamblı, dirijor
Orxan Həşimov və solistlər Fəridə Məmmədova
(soprano), Sahib Paşazadə (tar) və Rəna Fəhradovanın
(piano) təqdimatında F.Qarayevin kamera əsərləri səslənəcək.
Layihənin sonuncu günü – aprelin 24-də isə
Muzey Mərkəzində mühazirə-konsert keçiriləcək.
Musiqişünas Zümrüd Dadaşzadənin
moderatorluğu ilə solistlər Fəridə Məmmədova
(soprano), Raul Hüseynov (gitara), Rəna Fəhradova (piano) və
Humay Qasımzadənın (piano) ifasında F.Qarayevin solo piano,
gitara və piano üçün əsərləri təqdim
olunacaq.
Mədəniyyət.- 2024.-
17 aprel, ¹27-28.- S.2.