“Araz sahilində doğan günəş” – tamaşaya ictimai baxış

 

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Həsənəli Eyvazlının eyniadlı əsəri əsasında hazırlanan “Araz sahilində doğan günəş” tamaşasına ictimai baxış olub.

Teatrın baş rejissoru Mir Qabil Əkbərovun quruluş verdiyi tamaşanın rəssamı Naxçıvan MR-in Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı muxtar respublikanın Əməkdar artisti Azər Cəfərli, rejissor assistenti Mehri Nəbiyevadır.

Səhnə əsəri NMR-in yaradılmasının 100 illiyi münasibətilə hazırlanıb. Tamaşada 1920-ci illərdə ölkədə və regionda baş verən ictimai-siyasi hadisələrin fonunda Naxçıvanın müqəddəratı, onun muxtariyyət qazanması üçün Nəriman Nərimanov, Mustafa Kamal, Behbud ağa Şahtaxtinski və digər dövlət xadimlərinin, diplomatların, eyni zamanda xalqın apardığı mübarizə öz əksini tapır.

Xatırladaq ki, əsər bundan əvvəl Xalq artisti Kamran Quliyevin quruluşunda iki dəfə – 2008 və 2015-ci illərdə səhnəyə qoyulub.

 

Mədəniyyət.- 2024.- 19 aprel,¹ 29.- S.4.