Qəmbər
Hüseynlinin xatirəsi yad edilib
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi
və Gəncə-Daşkəsən Regional Mədəniyyət
İdarəsinin (RMİ) təşkilatçılığı
ilə görkəmli bəstəkar, Əməkdar incəsənət
xadimi Qəmbər Hüseynlinin (1916–1961) anadan olmasının
108-ci ildönümündə xatirəsi yad edilib.
Mərasimdə şəhərin icra
başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki
baş konsulu Recep Öztop, millət vəkili Pərvin Kərimzadə,
Gəncə-Daşkəsən RMİ-nin rəisi Pərvin
Kazımov, digər rəsmilər, bəstəkarın ailə
üzvləri və ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Bəstəkarın Filarmoniya bağındakı məzarı
üzərinə tər çiçəklər qoyulub. Tarda
bəstəkarın hər kəs tərəfindən sevilən
“Ay işığında” mahnısı ifa olunub.
Mədəniyyət.- 2024.- 19 aprel,№ 29.- S.4.