Abidələr tarixin
yadigarlarıdır
18 aprel dünyada Beynəlxalq Abidələr və
Tarixi Yerlər Günü (International Day of Monuments and Sites)
kimi qeyd edilir. Əlamətdar gün Tarixi Yerlər və Abidələrin
Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə
UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Bu
günlə bağlı bölgələrdə bir sıra tədbirlər
təşkil edilib.
Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı
ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları
Quba Soyqırımı Memorial Kompleksində “Abidələrimiz
tariximizin yadigarlarıdır” adlı kitab sərgisi
keçirib.
Mərkəzi Kitabxananın əməkdaşları
bir qrup oxucu ilə birlikdə Quba şəhərindəki
Cümə məscidi və Hündür günbəzli
hamamı ziyarət ediblər. Bələdçilər
tarix-memarlıq abidələri haqqında ziyarətçilərə
məlumat veriblər.
***
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü
münasibətilə “Avey” Dövlət Tarix-Mədəniyyət
Qoruğunun “Damcılı” filialının ərazisində də
geniş tədbir təşkil olunub. Qoruq ərazisində
aparılan elmi-arxeoloji qazıntılar nəticəsində əldə
olunan eksponatlar nümayiş etdirilib, eləcə də “Abidələr
gənc rəssamların fırçalarında” adlı sərgi
açılıb.
Qoruğun direktoru Səadət Əliyeva bildirib ki,
ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə
həmrəylik ili” elan olunması ilə əlaqədar qoruq ərazisində
bir sıra tədbirlər keçirilib, aksiyalar təşkil
olunub, “Göyəzən” və “Damcılı” filiallarında
2 minə yaxın ağac əkilib.
Tədbirin bədii hissəsində milli musiqilər və
şeirlər səsləndirilib, rəqslər təqdim
olunub, “Arşın mal alan” filmindən səhnəcik
nümayiş etdirilib.
***
Astara Tarix-Diyarşünaslıq Muzeyində “Azərbaycanın
tarixi abidələri və memarlıq inciləri” mövzusunda
tədbir təşkil edilib. Çıxışlardan
sonra Mədəniyyət
Nazirliyi yanında Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə Dövlət
Xidməti Salyan Regional İdarəsinin Astara rayonu üzrə
baş mütəxəssisləri təşəkkürnamələrlə
təltif olunublar.
Astara rayon Mərkəzi Kitabxanasının Oxuculara
xidmət şöbəsinin təşəbbüsü ilə
rayonun Ərçivan qəsəbəsindəki Ləm abidəsinə
ekskursiya təşkil olunub. Ekskursiyada Ərçivan qəsəbə
4 saylı tam orta məktəbin V və VI sinif şagirdləri
iştirak ediblər
Masallı Dövlət Rəsm Qalereyası, rayon
Tarix-Diyarşünaslıq Muzeyi, Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidməti Salyan Regional İdarəsinin Masallı
rayon şöbəsinin birgə təşkilatçılığı
ilə “Tarixin daş səhifələri” mövzusunda təbdir
keçirilib. Sonda tədbir iştirakçıları “Qəhrəmanlar
parkı”na və bir sıra abidələrə ekskursiya ediblər.
***
Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi
Siyəzən rayon üzrə mədəniyyət müəssisələri
Siyəzən Gənclər evi ilə birgə “Sehrli abidələr”
adlı layihəyə başlayıb.
Layihə tarixi abidələrimizi gənc nəslə
tanıtmaq, onların fotolarını gənclərin
baxışı ilə çəkmək və təbiəti
tullantılardan qorumaq məqsədilə təşkil olunub.
Abidələrə səyahət Beşbarmaq abidələrindən
başlayıb, iştirakçılara buradakı tarix yadigarları
haqqında məlumat verilib. Daha sonra yeniyetmə və gənc
rəssamlar Beşbarmaq dağını təsvir ediblər.
Mədəniyyət.- 2024.- 19 aprel,¹ 29.- S.4.