Memarlıq və
inşaat tədrisi sahəsində əməkdaşlıq
Azərbaycan Memarlıq və İnşaat Universitetində
(AzMİU) Polşanın Varşava Texnologiya Universitetinin (VTU)
nümayəndə heyəti ilə görüş
keçirilib.
AzMİU-dan bildirilib ki, görüşdə iki
universitet arasında əməkdaşlıq imkanları
müzakirə olunub.
Rektor Gülçöhrə Məmmədova tədbirdə
Azərbaycan-Polşa əlaqələri, o cümlədən
elm, təhsil sahəsində əməkdaşlıqdan bəhs
edib, AzMİU ilə VTU arasında memorandumun mövcudluğuna
diqqət çəkib. Qonaqlara AzMİU-nun fakültələri,
fəaliyyət istiqamətləri, maddi-texniki bazası, elmi-tədqiqat
imkanları və laboratoriyaları haqqında məlumat
verilib.
VTU ilə bağlı təqdimatla
çıxış edən professor Artur Zbiciak ali təhsil
müəssisəsinin tarixindən, tədqiqat imkanları və
beynəlxalq əlaqələri barədə
danışıb.
Görüşdə inşaat və memarlıq istiqamətlərində
əlaqələrin genişləndirilməsi, birgə tədqiqatlar,
müəllim-tələbə mübadiləsinin həyata
keçirilməsi və uyğun ixtisaslar üzrə ikili
diplom proqramlarının tətbiq imkanının nəzərdən
keçirilməsi qərara alınıb.
Nümayəndə heyəti AzMİU-nun kampusu,
İnşaat fakültəsi, laboratoriyaları ilə də
tanış olub.
Mədəniyyət.- 2024.- 19 aprel,№ 29.- S.3.