Muxtar respublikanın
100 illiyinə həsr olunmuş sərgi
Aprelin 18-də Naxçıvan MR Rəssamlar Birliyinin
Bəhruz Kəngərli adına sərgi salonunda muxtar
respublikanın yaranmasının 100 illiyinə həsr
olunmuş rəsm sərgisi açılıb.
Tədbirdə çıxış edən
Naxçıvan MR Rəssamlar Birliyinin sədri Əməkdar
rəssam Ülviyyə Həmzəyeva bildirib ki, sərgidə
2012-ci ildən keçirilən “Naxçıvan – bəşəriyyətin
beşiyi” beynəlxalq rəsm festivallarında iştirak
etmiş xarici və yerli rəssamların əsərləri
nümayiş etdirilir.
Sərgidə ümumilikdə 52 rəssamın əsəri
yer alıb. Tablolarda Naxçıvanın təbiəti, abidələri,
milli-mənəvi dəyərlərimiz rənglərin dili ilə
ifadə olunub.
Naxçıvan MR Ali Məclisi sədrinin müavini
Anar İbrahimov Naxçıvanda fəaliyyət göstərən
rəssamlara uğurlar arzulayıb, sərginin təşkilinə
görə təşəkkür edib.
Türkiyənin Naxçıvandakı baş konsulu
Asip Kaya Türkiyə və Azərbaycan arasında sarsılmaz
qardaşlıq münasibətlərindən, mədəni əlaqələrimizin
davamlılığından danışıb.
Mədəniyyət.- 2024.- 19 aprel,№ 29.- S.1.