Hacıqabulda
şair-tərcüməçinin xatirə gecəsi
Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı
ilə rayon Heydər Əliyev Mərkəzində şair-tərcüməçi
Sabir Almazovun (1937–1976) xatirə gecəsi keçirilib.
Çıxış edənlər Sabir Almazovun həyat
və yaradıcılığından söz açıblar.
Bildirilib ki, Hacıqabul rayonunda anadan olan yazar bir sıra
xalqların ədəbi nümunələrini dilimizə tərcümə
edərək geniş oxucu kütləsinə
çatdırıb. Şairin “Mənim səsim”, “Fikir”,
“Baharla görüş” kitabları işıq üzü
görüb. O, 1976-cı ildə dünyasını dəyişib.
Məktəblilər şairin şeirlərini söyləyib,
sözləri Sabir Almazova məxsus olan mahnı səsləndirilib.
Şair haqqında videoçarx nümayiş etdirilib.
Sonda muzeyin fondunda saxlanılan Sabir Almazova aid eksponatlardan ibarət
sərgiyə baxış olub.
Mədəniyyət.- 2024.- 24 aprel,¹30.- S.4.