“Mənim rəngli dünyam”
Siyəzən rayon Heydər Əliyev Mərkəzində
yeniyetmə rəssam Polad Eyvazovun “Mənim rəngli dünyam”
adlı fərdi sərgisi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə
Heydər Əliyev Mərkəzinə ekskursiya edib, Ulu öndərin
zəngin dövlətçilik irsinə dair nümunələrlə
tanış olublar.
Sonra rəssamın əl işlərinə baxan
qonaqlar müəllifə yaradıcılıq uğurları
arzulayıblar.
Bədii hissədə Siyəzən rayon Mədəniyyət
Mərkəzinin “Ümid” rəqs kollektivi musiqi nömrələri
ilə çıxış edib.
Polad Eyvazova rayon Heydər Əliyev Mərkəzinin fəxri
fərmanı təqdim olunub.
Mədəniyyət.- 2024.- 24 aprel,¹30.- S.4.