“Üzbəüz” –
Gəncə filarmoniyasının yeni layihəsi
Fikrət Əmirov adına Gəncə Dövlət
Filarmoniyası “Üzbəüz” adlı yeni layihəsini təqdim
edib.
Layihənin məqsədi mədəniyyətin
müxtəlif sahələrində çalışan
tanınmış şəxsiyyətlərlə
görüşlərin təşkil olunmasıdır.
İlk qonaq şair-bəstəkar, Azərbaycan
Yazıçılar Birliyi Hərbi vətənpərvərlik
komissiyasının sədri Şahin Musaoğlu olub.
Görüşdə qonaq ona ünvanlanan sualları
cavablandıraraq gənclərlə maraqlı fikir mübadiləsi
aparıb.
Tədbirdə Şahin Musaoğlunun “Cənab leytenant”,
“İgid əsgər, möhkəm dayan!”, “Vətən əmanəti”,
“Ağ ümid” və digər mahnılar filarmoniyanın
solistləri Rüstəm Cəfərov, Əli Məmmədov,
Vasif Bayramov tərəfindən ifa olunub.
“Üzbəüz” layihəsi ayda bir dəfə Azərbaycanın
tanınmış simalarının iştirakı ilə
keçiriləcək.
Mədəniyyət.- 2024.- 24 aprel,¹30.- S.4.