Notlara köklənən
ömür
Mədəniyyət müəssisələrində
görkəmli bəstəkar, pedaqoq, Xalq artisti Süleyman
Ələsgərovun (1924–2000) 100 illiyi ilə bağlı tədbirlər
keçirilib.
Qəbələ rayon Heydər Əliyev Mərkəzi
və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı
ilə “Süleyman Ələsgərov – notlara köklənən
ömür” adlı tədbir keçirilib. Qəbələ
Uşaq incəsənət məktəbinin müəllim və
şagirdlərinin ifasında bəstəkarın bir sıra əsərləri
səsləndirilib.
Şamaxı Şəhər İncəsənət Təhsili
Mərkəzində S.Ələsgərovun 100 illik yubileyinə
həsr olunmuş tədbir keçirilib. Şagirdlərin
ifasında bəstəkarın əsərlərindən
nümunələr təqdim edilib.
***
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin
təşkilatçılığı ilə S.Ələsgərovun
yubileyinə həsr olunmuş milli musiqi alətləri
ifaçılarının və xanəndələrin
Respublika festival-müsabiqəsi keçirilib.
Müsabiqədə Şərqi Zəngəzur
RMİ-nin tabeliyində fəaliyyət göstərən Cəbrayıl
rayon Mahmudlu kənd Uşaq musiqi məktəbinin dörd
şagirdi: Çingiz İbişzadə və İlkin Göyəndikli
(tar), Nəzir Qaraşov və Həbib Allahverdiyev (xanəndəlik
sinfi) fəxri fərmanlara layiq görülüblər.
Müsabiqədə Şirvan şəhər Uşaq
musiqi məktəbi, Salyan şəhər Qulu Əsgərov
adına Uşaq incəsənət məktəbi, Biləsuvar
şəhər Orxan Əkbərov adına Uşaq incəsənət
məktəbi, Biləsuvar rayon Nihad Babayev adına
Xırmandalı kənd Uşaq incəsənət məktəbi
və Hacıqabul şəhər Uşaq musiqi məktəbinin
şagirdləri də uğurla çıxış ediblər.
Şirvandan İbrahim Məmmədzadə, Fatimə
Sanıyeva (xanəndəlik), Fərid Əhədli, Əli
İbrahimli (tar), Salyandan Rafət Qurbanov, Əli
Ağamalıyev, Biləsuvardan Humay Quluzadə, Sərxoş
Quluzadə, Xəyal Bayramlı, Pakizə Əkbərli, Cahad
Qasımlı (xanəndəlik), Hacıqabuldan isə Nihat
Əliyev, Mirismayıl Xanlarov, Vüsal Orucov (tar) və Xəyyam
Zülfəlizadə (fortepiano) fəxri fərman və təşəkkürnamələrlə
təltif olunublar.
***
Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət
Mərkəzi, rayon Mərkəzi Kitabxanası və onbirillik
İncəsənət məktəbinin birgə təşkilatçılığı
ilə S.Ələsgərovun 100 illiyinə həsr olunmuş
tədbir keçirilib. Mədəniyyət Mərkəzinin
solistləri, İncəsənət məktəbinin müəllim
və şagirdlərinin ifasında bəstəkarın
mahnıları səsləndirilib.
Mədəniyyət.- 2024.- 24 aprel,№30.- S.4.