“Yaşıl
dünya naminə həmrəylik ili”
Bölgələrdə tədbirlər davam edir
Bərdə rayon Heydər Əliyev Mərkəzində
“Ulu öndər Heydər Əliyev və Azərbaycan təbiəti”
adlı tədbir keçirilib. Tədbirin sonunda “Sən elə
bir zirvəsən...” adlı qısametrajlı film
nümayiş etdirilib.
Mil-Muğan RGİİ, Regional Tİ və RMİ-nin
birgə təşkilatçılığı ilə məktəblilər
arasında rəsm sərgisi keçirilib. Sərgidə 25
şagirdin əl işləri nümayiş olunub. Fərqlənən
müəlliflər diplom və hədiyyələrlə
mükafatlandırılıb.
Qazax-Tovuz RMİ-nin tabeliyində fəaliyyət
göstərən müəssisələrin ərazilərində
ağacəkmə aksiyaları təşkil edilib. Mədəniyyət
işçiləri, ekokönüllülər və gənclərin
iştirak etdiyi aksiyalarda təbiətin qorunmasına töhfə
vermək, ətraf mühiti sağlamlaşdırmaq,
yaşıllıqları artırmaq, ekoloji
tarazlığın bərpasına kömək etmək məqsədilə
müxtəlif növ ağac və gül kolları əkilib,
abadlıq işləri aparılıb.
Gəncə şəhər MKS-nin 11 nömrəli
kitabxana filialı və Gəncə Dövlət Rəsm
Qalereyasının birgə təşkilatçılığı
ilə “Təbiət və palitra” adlı sərgi
keçirilib. Sərgidə təbiətə aid müxtəlif
kitablar və rəsm əsərləri nümayiş etdirilib.
Sonda ağac üzərində rəngli yarpaqlardan ibarət
dekupaj (kəsmə üsulu ilə hazırlanan əl işləri)
təsvir olunub.
Lənkəran şəhər Mərkəzi
Kitabxanasının əməkdaşları tərəfindən
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində
iməcilik keçirilib. İməcilik zamanı mədəniyyət
müəssisəsinin ərazisində təmizlik işləri
aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib və
yeni sərv ağacları əkilib.
Astara Dövlət Rəsm Qalereyasının təşəbbüsü
ilə Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam
orta məktəbdə sərgi təşkil olunub. Sərgiyə
baxış keçirən məktəblilərə
yaşıllıqların artırılması, ətraf
mühitin qorunması, su ehtiyatlarından səmərəli
istifadənin təmin edilməsi ilə bağlı mühazirə
oxunub.
Mədəniyyət.- 2024.- 24 aprel,¹30.- S.4.