“Utancaq qız” səhnədən
düşmür
Aprelin 25-də Azərbaycan Dövlət Akademik Musiqili
Teatrında dünya ədəbiyyatının görkəmli
nümayəndəsi Fyodor Dostoyevskinin “Utancaq qız” fantastik
povesti əsasında hazırlanan eyniadlı
monotamaşanın növbəti dəfə nümayiş
olunacaq.
2021-ci ildə səhnələşdirilən
tamaşa o vaxtdan Akademik Musiqili Teatrın repertuarında
özündə yer edib. Səhnə əsərinin
quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova,
ideya müəllifi Əməkdar incəsənət xadimi
Əliqismət Lalayevdir.
Tamaşanın tərcüməçisi və yeganə
qəhrəmanı – müamiləçi obrazının
ifaçısı Əməkdar artist Şövqi
Hüseynovdur.
“Utancaq qız” indiyədək bir neçə xarici
ölkədə beynəlxalq festivallarda da uğurla
nümayiş olunub.
Mədəniyyət.- 2024.- 24 aprel,¹30.- S.5.