“60 çiçək – bir çələng”
Ədəbi almanaxın təqdimatı
Azərbaycanın yazar qadınlarının “60
çiçək – bir çələng” adlı ədəbi
almanaxı işıq üzü görüb. Aprelin 19-da
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında nəşrin təqdimat
mərasimi olub.
Mərasim bədii hissə ilə başlayıb,
qızlardan ibarət rəqs qrupunun ifasında kompozisiya təqdim
olunub.
Nəşrin tərtibçisi və redaktoru, Yasamal
rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Lətifə Məmmədova almanax haqqında məlumat verib.
Bildirib ki, kitab doğma Qarabağımıza, azad olunan
torpaqlarımıza, böyük Zəfərimizə həsr
olunub.
Kitab haqqında videoçarx nümayiş etdirilib.
Ön sözün müəllifi,
yazıçı-publisist Nüşabə Məmmədli
çıxışında “60 çiçək – bir
çələng” almanaxına 60 yazar xanımın hekayə,
şeir, esse, əfsanə, mənsur şeir, qəzəl,
nağıl və xatirələrinin daxil edildiyini bildiri.
Tədbir digər çıxışlarla davam edib.
Qeyd edək ki, almanax “Azərbaycan Yazıçı
Qadınlar Cəmiyyəti” İctimai Birliyi və Yasamal rayon
MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası ilə
birgə hazırlanıb.
Mədəniyyət.- 2024.- 24 aprel,¹30.- S.7.