“Meydanda bayram”
Londonda keçirilən festivalda Azərbaycan rəqsi
Londonun Trafalqar meydanında şəhər merinin himayəsi
ilə “Eid in the Square” (“Meydanda bayram”) adlı festival təşkil
olunub. Tədbirdə müxtəlif müsəlman
icmalarının nümayəndələri öz ölkələrinin
mədəniyyət nümunələrini təmsil edən
ifalar nümayiş etdiriblər.
Festivala peşəkar xoreoqraf və Azərbaycan xalq rəqsləri
müəllimi Səkinə Muxtarlı da qatılıb. Onun
ifasında “Tərəkəmə” milli rəqsi
alqışlarla qarşılanıb.
Tədbirdə Londonda yaşayan Azərbaycan
icmasının üzvləri və azərbaycanlı tələbələr
də iştirak ediblər. Səkinə Muxtarlı belə bir
festivalda ölkəmizi təmsil etməkdən qürur
duyduğunu bildirib.
Qeyd edək ki, Londonda hər il keçirilən “Eid in
the Square” festivalını on minlərlə
tamaşaçı izləyir.
Mədəniyyət.- 2024.- 24 aprel, ¹30.- S.8.