Azərbaycan-Özbəkistan
ədəbi-mədəni əlaqələrinə həsr
olunmuş dəyirmi masa
AMEA Folklor İnstitutunun təşkilatçılığı
ilə Mərkəzi Elmi Kitabxanada “Azərbaycan-Özbəkistan
ədəbi-mədəni əlaqələri” mövzusunda dəyirmi
masa keçirilib.
Folklor İnstitutunun direktoru akademik Muxtar
Kazımoğlu-İmanov tədbiri açaraq ölkələrimizin
elmi-mədəni əlaqələrinin qədim tarixə malik
olduğunu bildirib, elmi qurumlar bu əməkdaşlığa
töhfə verdiyini vurğulayıb.
Sonra Daşkənd Dövlət Özbək Dili və
Ədəbiyyatı Universitetinin professoru Nurbay Cabborov, Urgənc
Dövlət Universitetinin Özbək filologiyası fakültəsinin
dekanı professor Dilşod Qayipov, AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri şöbəsinin müdiri professor
Almaz Ülvi çıxış ediblər.
Çağdaş dövrdə türk xalqları
arasında ədəbi-mədəni əlaqələrin
onların ortaq tarixi keçmişinə əsaslandığı,
Azərbaycan və özbək xalqlarının dil, mədəniyyət,
musiqi baxımından yaxınlığının bu əlaqələri
daha möhkəm etdiyi vurğulanıb.
Daşkənd Dövlət Özbək Dili və
Ədəbiyyatı Universitetinin professoru İslam Yaqubov, Urgənc
Dövlət Universitetinin professoru Nəsibə Sabirova, dosentlər
Azamat Primov və Salamat Matkərimova, Folklor İnstitutunun əməkdaşları
– Qalib Sayılov, Nail Qurbanov, İlhamə Qəsəbova və
Aynur İbrahimova mövzu ilə bağlı fikirlərini
bölüşüblər.
Tədbir özbək şairi Cari Əvəzin “Ürəyinizdə
yaşayıram” kitabının təqdimatı ilə
yekunlaşıb.
Mədəniyyət.- 2024.- 24 aprel, ¹30.- S.7.