“Qonağımız
var” layihəsi davam edir
Bakı Şəhər Mədəniyyət Baş
İdarəsi tərəfindən həyata keçirilən
“Qonağımız var” layihəsi tanınmış mədəniyyət
və ədəbiyyat xadimləri ilə görüşlərlə
davam edir.
Aprelin 19-da layihə çərçivəsində
Zirə qəsəbə Mədəniyyət Mərkəzində
Xalq artisti, tanınmış teatr və kino aktyoru Nurəddin
Mehdixanlı ilə görüş keçirilib.
Görüşdə Xalq artistinin həyat və
yaradıcılığı barədə məlumat verilib,
yaratdığı obrazlardan, rol aldığı filmlərdən
söhbət açılıb.
Nurəddin Mehdixanlı çıxışı
zamanı Azərbaycanda teatr sahəsinin inkişafı istiqamətində
görülən işlərdən danışıb, ölkəmizdə
mədəniyyətə, incəsənət xadimlərinə
göstərilən dövlət qayğısından bəhs
edib.
Sonda aktyor müəllifi olduğu şeirlərdən
bir neçəsini səsləndirib və
iştirakçıların suallarını
cavablandırıb.
Mədəniyyət.- 2024.- 24 aprel, ¹30.- S.5.