“Müşahidələrin fraqmentləri”
– gənc rəssamın yaradıcılıq hesabatı
Xətai Sənət Mərkəzində gənc rəssam
Reyhan Aslanovanın “Müşahidələrin fraqmentləri”
adlı fərdi sərgisi açılıb.
Aprelin 20-də keçirilən tədbirdə
çıxış edən “Contemporary Baku” şirkətinin
təsisçisi və direktoru, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Qalib Qasımov rəssamın
yaradıcılığının əsasını Qərbi
Azərbaycan və Qarabağ mövzularının təşkil
etdiyini bildirib. Deyib ki, Reyhan Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının Rəssamlıq fakültəsini bitirib. Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan
Teatr Xadimləri İttifaqında işləyib, “İdrak”
liseyində təsviri sənət müəllimi olub. 2022-ci
ildən Bakı İstanbul liseyində təsviri sənət
müəllimi kimi fəaliyyət göstərir. Sərgi gənc
rəssamın yaradıcılığı yolunda verdiyi ilk
hesabatdır.
Akademik Abel Məhərrəmov, Qərbi Azərbaycan
İcması idarə heyətinin sədr müavini, deputat Hikmət
Babaoğlu sərgidə maraqlı əsərlərin yer
aldığını, müəllifin rənglərin ahəngini
yaratdığını söyləyib, rəssama uğurlar
arzulayıblar.
Reyhan Aslanova sərginin təşkilinə göstərdikləri
dəstəyə görə minnətdarlığın
bildirib. Deyib ki, əsərlər yağlı boya ilə kətan
üzərində çəkilib. Onların bir çoxu
Qarabağ və Qərbi Azərbaycana həsr olunub. Sərgidə
60-a yaxın əsəri yer alıb.
Sonda Xətai Sənət Mərkəzinin direktoru Zahid
Əvəzov rəssamı diplomla təltif edib.
Mədəniyyət.- 2024.- 24 aprel, ¹30.- S.5.