“İyirmi ildən sonra” – Sumqayıt teatrı Bakıda

 

“Qonaq teatr” bu dəfə yaxından gəlmişdi

 

Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Qonaq teatr” layihəsinin budəfəki iştirakçısı Sumqayıt Dövlət Dram Teatrı olub.

Kollektiv aprelin 22-də ATXİ-nin zalında yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin əsəri əsasında hazırlanan “İyirmi ildən sonra” tamaşasını təqdim edib.

Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir.

Nümayişdən sonra əsərin müəllifi Əli Əmirli tamaşanın orijinal ədəbi materialına görə ATXİ-nin fəxri fərmanı ilə təltif olunub.

 

Mədəniyyət.-  2024.- 24 aprel, ¹30.- S.3.