“Fərəc Qarayevin
portreti”
Filarmoniyada layihənin konserti keçirilib
Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə 20-24 aprel tarixlərində “Fərəc Qarayevin
portreti” adlı layihə həyata keçirilir. Layihə bəstəkarın
80 illik yubileyi münasibətilə gerçəkləşir.
Aprelin 20-də Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar,
pedaqoq Azərbaycanın Xalq artisti Fərəc Qarayevin bədii
rəhbərliyi ilə tərtib olunmuş ilk konsert
proqramı təqdim edilib. Konsertdən öncə
çıxış edən musiqişünas, Əməkdar
incəsənət xadimi, professor Zümrüd Dadaşzadə
bəstəkarın yaradıcılığından, onun
musiqi mədəniyyətinin inkişafında xidmətlərindən
danışıb.
Konsertdə Orxan Həşimovun dirijorluğu ilə
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Simfonik Orkestri, Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi
ilə Azərbaycan Dövlət Xor Kapellası və solistlər
Fəridə Məmmədova (soprano), İlham Nəzərov
(kontratenor) və Eldəniz Ələkbərzadə (piano)
çıxış ediblər.
Musiqi axşamında Fərəc Qarayev, İsmayıl
Hacıbəyov, Qustav Maler, Moris Ravel və Con Tavenerin əsərləri
ifa olunub.
***
Layihənin növbəti konserti aprelin 23-də Beynəlxalq
Muğam Mərkəzində gerçəkləşib.
Musiqi axşamında Bakı Müasir Musiqi Cəmiyyətinin
ansamblı, dirijor Orxan Həşimov və solistlər Fəridə
Məmmədova (soprano), Sahib Paşazadə (tar) və Rəna
Fərhadovanın (piano) təqdimatında F.Qarayevin kamera əsərləri
səsləndirilib.
***
Layihənin sonuncu günü – aprelin 24-də isə
Muzey Mərkəzində mühazirə-konsert təşkil
olunacaq.
Mədəniyyət.- 2024.- 24 aprel, ¹30.- S.5.