“Azərbaycan uşaq
ədəbiyyatı: uğurlar, qayğılar”
İctimai müzakirə təşkil edilib
Mədəniyyət Nazirliyi yanında İctimai
Şura Firidun bəy Köçərli adına Respublika
Uşaq Kitabxanası ilə birgə “Azərbaycan uşaq ədəbiyyatı:
uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil
edib.
Tədbirdə kitabxana əməkdaşları,
İctimai Şura üzvləri, sahə mütəxəssisləri
iştirak ediblər.
İştirakçılar əvvəlcə kitabxana
ilə yaxından tanış olublar.
Kitabxananın direktoru Əməkdar mədəniyyət
işçisi Şəhla Qəmbərova qonaqlara
kitabxananın yaranma tarixi, inkişafı, mövcud fondu,
şöbələri barədə geniş məlumat verib,
uşaqların oxu mədəniyyətinin
artırılması və onların həyatında
kitabın rolu haqqında fikirlərini bölüşüb:
“Əsas məqsədimiz kitab xəzinəmizi qorumaq,
uşaqlara sevdirmək və gələcək nəsillərə
bu irsimizi doğru-düzgün şəkildə ötürməkdir”.
Mədəniyyət Nazirliyi yanında İctimai
Şuranın sədr müavini, Milli Məclisin Mədəniyyət
komitəsinin eksperti Əkbər Qoşalı müzakirə
olunan mövzu ilə bağlı aparılan dövlət siyasəti,
görülən işlər və mövcud problemlərdən
danışıb. O, çıxışında
çağdaş uşaq ədəbiyyatının janr
problemlərindən söz açıb, qalib ölkənin
uşaqları üçün ruhlandırıcı əsərlərin
yazılması kimi məsələlərdən
danışıb.
Digər çıxışlarda çağdaş
uşaq ədəbiyyatının
qarşılaşdığı mövcud problemlərə
toxunulub və onların həlli yolları müzakirə
edilib.
Mədəniyyət.- 2024.- 24 aprel, ¹30.- S.7.