“Azərbaycan kinosu bir aləmdir”
Gəncə şəhər Heydər Əliyev Mərkəzində
“Azərbaycan kinosu bir aləmdir” adlı layihəyə
başlanılıb.
Gəncə-Daşkəsən RMİ, Gəncə
şəhər Heydər Əliyev Mərkəzi, “Mədəniyyət
Könüllüləri” İctimai Birliyi və Azərbaycan
Texnologiya Universiteti Tələbə Gənclər Təşkilatı
ilə birdə həyata keçirilən layihənin məqsədi
milli kinonun təbliğ etmək, gənclərin Azərbaycan
filmlərinə marağını artırmaqdır.
Layihə çərçivəsində təşkil
olunan ilk seansda gənclər “Gün keçdi” bədii filmini
izləyiblər.
Qeyd olunub ki, ekran əsəri 1971-ci ildə “Azərbaycanfilm”
kinostudiyası tərəfindən istehsal edilib. Xalq
yazıçısı Anarın ssenarisi əsasında
çəkilən filmə rejissor Arif Babayev quruluş veri.
Film gənclər tərəfindən maraqla
qarşılanıb.
Qeyd edək ki, layihə “2015-2025-ci illərdə Azərbaycan
gənclərinin İnkişaf Strategiyası”nın icrası
ilə əlaqədar təsdiq olunan tədbirlər planına
uyğun həyata keçirilir.
Mədəniyyət.- 2024.- 26 aprel, ¹31-32.- S.4.