Bir əsr
oxucuların xidmətində
Masallı rayon Mərkəzi Kitabxanasında “100 il
oxucuların xidmətində” adlı tədbir keçirilib.
Əvvəlcə iştirakçılar
kitabxananın həyətində təşkil edilmiş kitab
və rəsm sərgisinə baxıblar.
Tədbirin aparıcıları Aygül Mirzəzadə
və Günay Xəlilova kitabxananın 100 illik fəaliyyəti
haqqında iştirakçılara məlumat veriblər.
Lənkəran-Astara RMİ-nin rəisi Bəxtiyar
Qılıncov və digər çıxış edənlər
Azərbaycanda, eləcə də Masallıda kitabxana ənənələrinin
qədimliyindən danışıb, mütaliənin
vacibliyini vurğulayıblar.
Mədəniyyət mərkəzinin solistləri, “Həcər”
folklor kollektivi, onbirillik İncəsənət məktəbinin
müəllim və şagirdləri, Masallı şəhər
3 saylı körpələr evi-uşaq
bağçasının balaca fidanları və Masallı
Dövlət Regional Kollecinin tələbələrinin
ifasında şeir və mahnılar səsləndirilib.
Sonda bir qrup mədəniyyət işçisinə və
oxuculara fəxri fərman və təşəkkürnamələr
təqdim olunub.
Mədəniyyət.- 2024.- 26 aprel, №31-32.- S.4.