Gəncə və gəncəlilər” – tanınmış tarzənə həsr olunan konsert

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində tanınmış tarzən, Xalq artisti Fikrət Verdiyevin (1947–2022) xatirəsinə həsr olunmuş konsert keçirilib.

Gecədə sənətkarın ailə üzvləri, şəhərin ziyalıları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Konsertdə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə Xalq artistləri Niyaməddin Musayev, Samir Cəfərov, Əməkdar artistlər Ehtiram Hüseynov, Sevinc Sarıyeva, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, gənc ifaçılar Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Anar Quliyev, Humay Qədimova, ansamblın solistləri Samir Məmmədov, Leyla Mehdiyeva, Çinarə İsgəndərova, Şirvan Cahangirov və Rövşən Məmmədov çıxış ediblər.

Proqramda “Zabul segah”, “Bayatı-Şiraz”, “Mahur”, “Dilkeş”, “Segah” təsnifləri və xalq mahnıları ifa olunub.

F.Verdiyevə həsr olunan film və videoçarxlar nümayiş etdirilib.

Qeyd edək ki, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev olan tədbiri Əməkdar artist Firdovsi Atakişiyev aparıb.

 

Mədəniyyət.-  2024.- 26 aprel, ¹31-32.- S.4.