Kitablar tarixin əbədi
yaddaşıdır
Bölgələrdə 23 aprel – Dünya Kitab və
Müəlliflik Hüququ Günü münasibətilə
müxtəlif tədbirlər keçirilib.
Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi
Kitabxanası şəhərin Səməd Vurğun adına
istirahət parkında “Unutma! Hər sirrin açarı
kitablardadır!” adlı səyyar sərgi açıb.
Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı
ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanası tərəfindən
oxu zalında “Kitablar tariximizin əbədi
yaddaşıdır” adlı tədbir keçirilib.
Çıxışlarda 1995-ci ildə UNESCO tərəfindən
təsis olunan bu günün əhəmiyyətindən
söz açılıb. Sonda sərgiyə baxış
keçirilib.
Tovuz rayon Mərkəzi Kitabxanasında “Kitab
böyük müəllimdir” mövzusunda məlumat saatı təşkil
edilib. Sonda kitab sərgisinə baxış olub.
Siyəzən rayon Mərkəzi Kitabxanası əlamətdar
gün münasibətilə açıq havada kitab sərgisi
təşkil edib.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika
Kitabxanasında NMR Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə keçirilən tədbirdə yazarlar, kitabxana əməkdaşları
və tələbələr iştirak ediblər. Nazirliyin əməkdaşı
Aygün Heydərli, Əməkdar mədəniyyət işçisi,
şair-dramaturq Asim Əliyev, Naxçıvan Dövlət
Universitetinin müəllimləri – dosentlər Aypara Behbudova və
Nəzakət İsmayılova əlamətdar günün
tarixindən və əhəmiyyətindən
danışıblar.
Sumqayıt Gənclər Kitabxanası və
Laçın rayonu Cicimli kənd tam orta məktəbinin
(Sumqayıt şəhəri) kitabxana əməkdaşları
isə “Mütaliə mənəvi zənginlikdir” və
“Yaş ötdükcə gəncləşən Sumqayıt”
başlıqları altında sərgi təşkil ediblər.
Mədəniyyət.- 2024.- 26 aprel, ¹31-32.- S.4.