Sumqayıt rəssamları
Şuşada
Sumqayıtın peşəkar rəssamları “Rəssamları
özünə çəkən Azərbaycan təbiəti”
layihəsi çərçivəsində ölkəmizin
müxtəlif bölgələrində təşkil olunan
etüd və plenerlərdə iştirak edirlər. Rəssamların
növbəti səfəri Qarabağın incisi Şuşa
şəhərinə olub.
Sumqayıt Dövlət Rəsm Qalereyasının
müdiri Ellada Həsənova bildirib ki, rəssamlar şəhərin
tarixi məkanları və əsrarəngiz təbiəti ilə
tanış olublar.
“Sənət xadimlərinin, şairlərin,
yazıçıların, musiqiçilərin, rəssamların,
memarların yaradıcılığında Şuşa kifayət
qədər tərənnüm olunub. Sumqayıt rəssamları
bir neçə gün davam edən yaradıcı ezamiyyətdə
30 ildir əsarət altında qalan cənnət guşəmizin
füsunkar mənzərəsini, gözəl təbiətimizi
çəkdikləri rəsmlərdə vəsf edərək,
Şuşanı tərənnüm edən rəssamlar
siyahısına imza atıblar. Şuşa yenidən milli mədəniyyət
beşiyi olaraq dünya mədəni irsinə öz töhfəsini
verməyə davam edəcək”, – deyə o əlavə edib.
Mədəniyyət.- 2024.- 26 aprel, ¹31-32.- S.4.