“Könüllülərə yol açırıq”

 

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyi tərəfindən “Könüllülərə yol açırıq” adlı satış sərgisi keçirilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan sərgidə həssas qruplardan olan insanların əl işləri təqdim edilib.

ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva bildirib ki, sərginin təşkilində məqsəd həssas qrupa aid uşaqların cəmiyyətə adaptasiyası və cəmiyyət tərəfindən qəbulunu təmin etməkdir.

İctimai birliyin sədri Azadə Məmmədova sərgi iştirakçıları haqqında məlumat verib. Qeyd edib ki, indiyədək bir çox məkanlarda, o cümlədən ali təhsil ocaqlarında bu cür təqdimatlar təşkil ediblər. İstəyirik ki, cəmiyyətdə həssas qrupa aid olan uşaqlar tanınsın və onlara dəstək olaq.

Tədbirdə ADMİU-nun Muğam sənəti kafedrasının konsertmeysterləri və tələbələrin ifasında musiqilər səslənib.

 

Mədəniyyət.-  2024.- 26 aprel, ¹31-32.- S.5.