Gənc skripkaçı Barselonada
müsabiqədə diploma layiq görülüb
Çexiyada yaşayan əslən Şuşadan olan
azərbaycanlı gənc skripkaçı Canel Nəcəfli
İspaniyanın Barselona şəhərində keçirilən
“Victoria Music Competition for Violin” müsabiqəsində diploma
layiq görülüb.
Diasporla İş üzrə Dövlət Komitəsindən
bildiriblər ki, müsabiqənin münsiflər heyətinin
prezidenti professor Viktor Tretyakov, üzvləri professor Nataliya
Lixopoy və Laya Monserat olub.
Qeyd edək ki, bu, Canel Nəcəflinin beynəlxalq
müsabiqələrdə ilk uğuru deyil. Bundan əvvəl
o, “Florida keys” beynəlxalq müsabiqəsində ikinci yer tutub
və Nyu-Yorkdakı məşhur “Weill” konsert salonunda Fikrət
Əmirovun “Məhəbbət rəqsi” əsərini ifa edib.
Mədəniyyət.- 2024.- 26 aprel, ¹31-32.- S.8.