AzMİU-da xanım əməkdaşların
sərgisi
Azərbaycan Memarlıq və İnşaat
Universitetinin (AzMİU) qadın əməkdaşlarının
“Milli-mənəvi dəyərlərimiz, rənglər
dünyası” adlı rəsm və dekorativ-tətbiqi sənət
nümunələri sərgisi açılıb.
Sərgidə universitetin fakültə, kafedra və
şöbələrində, eləcə də İnşaat
Kollecində çalışan xanımların əl işləri
nümayiş etdirilib.
Yağlı boya ilə çəkilmiş tablolar,
biçmə-tikmə, toxuma, muncuqlarla bəzəmə,
dulusçuluq, maket işləri təqdim olunub. Sərgidə
ümumilikdə 212 iş nümayiş olunub, onlardan 112-si rəsm,
100-ü isə dekorativ-tətbiqi sənət nümunəsidir.
AzMİU-nun sərgi salonunda açılan “Milli-mənəvi
dəyərlərimiz, rənglər dünyası” sərgisi
mayın 7-dək davam edəcək.
Mədəniyyət.- 2024.- 26 aprel, ¹31-32.- S.3.