Mədəni diplomatiya sənəti
Madriddə azərbaycanlı gənc rəssamların
sərgisi
Azərbaycanın İspaniyadakı Səfirliyinin və
“Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya
Mərkəzinin (GSPRM) birgə təşkilatçılığı
ilə Madriddə azərbaycanlı gənc rəssamların
“Art of Cultural Diplomacy” (“Mədəni diplomatiya sənəti”)
adlı sərgisi açılıb.
Sərginin açılışında Azərbaycanın
İspaniyadakı səfiri Ramiz Həsənov, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi
Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev
çıxış ediblər.
“Dirçəliş” GSPRM-in direktoru İslam Baxşəliyev
indiyə kimi müxtəlif ölkələrdə sərgilər
keçirdiklərini bildirib: “İspaniyada keçirilən sərgi
sayca 25-ci sərgimizdir. Məqsədimiz Azərbaycan mədəniyyətini
təbliğ etmək, dünyada sülh və əmin-amanlıq
olmasını, ispan və Azərbaycan gəncləri
arasında mədəniyyətlərarası dialoqu inkişaf
etdirməkdir”.
Tədbirdə Türkiyə, Macarıstan, Rumıniya,
Albaniya, Gürcüstan və digər ölkələrin
diplomatları, yerli sənətsevərlər iştirak ediblər.
Sonda səfir Ramiz Həsənov iştirakçı rəssamlara
sertifikatlar təqdim edib. Sərgiyə aprelin 26-da yekun
vurulacaq.
Mədəniyyət.- 2024.- 26 aprel, ¹31-32.- S.8.