Parisdə “Türk mədəniyyəti
və dilləri günü”
Fransa Şərq Dilləri və Sivilizasiyaları
İnstitutunda (İNALCO) “Türk mədəniyyəti və dilləri
günü” adlı tədbir keçirilib. Tədbirdə
türk ölkələrinin milli adət-ənənələri
nümayiş edilib.
İNALCO-da təhsil alan azərbaycanlı tələbələr
də mədəniyyətimizi əks etdirən stend təşkil
ediblər. Bayrağımızla bəzədilmiş stenddə
ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi
haqqında fransız dilində çap edilmiş kitablar,
xalçaçılıq, eləcə də milli qədim sənətkarlıq
nümunələri sərgilənib.
Tədbirdə türk xalqlarının incəsənət
nümunələri təqdim olunub. Tələbələrimiz
milli rəqsimizi ifa ediblər.
Tədbirə qatılanlar türk xalqlarının
milli şirniyyatlarının, o cümlədən Azərbaycan
paxlava və şəkərburasının dadına
baxıblar.
Mədəniyyət.- 2024.- 26 aprel, №31-32.- S.8.