“Vətəndaş
A” Biləsuvara gedib
Biləsuvar rayon Heydər Əliyev Mərkəzində
“Vətəndaş A” serialının bir bölümü
nümayiş olunub. Təqdimat Biləsuvar Rayon İcra Hakimiyyəti,
Şirvan-Salyan RMİ və İctimai TV-nin birgə təşkilatçılığı
ilə keçirilib.
Filmin yaradıcı heyəti əvvəlcə Salyan
Dövlət Rəsm Qalereyası tərəfindən Biləsuvar
rayon Heydər Əliyev Mərkəzində sərgilənən
“Caz rəsmlərdə” adlı yaradıcılıq sərgisi
ilə tanış olublar. Biləsuvar rayon Uşaq incəsənət
məktəbi kollektivinin ifası da dinlənilib.
Nümayişdən əvvəl çıxış
edən prodüser Sevinc Əliyeva, baş rolların
ifaçıları Qurban İsmayılov və Günəş
Mehdizadə bildiriblər ki, film vətəndaş kimliyini,
onun cəmiyyətin timsalında təşəkkülü və
təhsilin bu prosesdə əhəmiyyətini bir daha
tamaşaçıya çatdırır.
Biləsuvarın icra başçısı Faiq
Qürbətov filmin yaradıcı heyətinə uğurlar
arzulayıb.
Sonra film nümayiş olunub.
Serialın bütün bölümlərinin Heydər
Əliyev Mərkəzində nümayiş etdirilməsi nəzərdə
tutulur.
Ssenari müəllifi Asiman Ağa Rövşən,
rejissoru Elvin Rüstəmzadə olan filmin ideyası Cəfər
Cabbarlının “Almaz” pyesindən götürülüb.
Mədəniyyət .- 2024.- 4 dekabr(¹89-90).- S.4.