“Mənim yaşıl dünyam” – rəsm
müsabiqəsi başa çatıb
Xəbər verdiyimiz kimi, Mərkəzi Aran RMİ tərəfindən
“Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə
“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi
keçirilir.
Müsabiqədə regional idarənin xidməti əhatəsinə
aid olan Mingəçevir şəhəri, Ağdaş,
Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab
rayonlarından uşaqlar iştirak ediblər.
Seçim mərhələsində ümumilikdə
200-ə qədər namizəd təbiətə və ətraf
mühitə həsr edilmiş rəsmlərini müsabiqəyə
təqdim edib.
Birinci mərhələdə fərqlənən namizədlər
finalda iştirak etmək hüququ qazanıblar.
Qeyd edək ki, final mərhələsinin keçirilmə
yeri və tarixi barədə ətraflı məlumat veriləcək.
Mədəniyyət .- 2024.- 4 dekabr(¹89-90).- S.4.