Qrafik dizayn kursunu bitirənlərə
sertifikatlar verilib
Şirvan-Salyan RMİ-nin təşkilatçılığı
ilə keçirilən qrafik dizayn kursunu müvəffəqiyyətlə
başa vuran əməkdaşlara sertifikatlar verilib. Sertifikatlar
RMİ-nin rəisi Şahin Şahbazov tərəfindən təqdim
olunub.
Kursun əsas məqsədi idarənin tabeliyində
olan müəssisələrin işçilərinin qrafik
dizayn bacarıqlarını inkişaf etdirmək və bu
biliklərin iş prosesində tətbiqini təmin etməkdir.
3 ay davam edən tədris proqramı regional idarənin
kompüter üzrə mütəxəssisi Vüsal Məmmədov
tərəfindən aparılıb.
Tədbirdə 40 ildən artıq mədəniyyət
sahəsində fəaliyyət göstərən Adil Əhmədova
Mədəniyyət Nazirliyi tərəfindən verilən
“Əmək veteranı” vəsiqəsi də təqdim olunub.
Qeyd edək ki, kursun Biləsuvar rayon Heydər
Əliyev Mərkəzində davam etdirilməsi nəzərdə
tutulur.
Mədəniyyət .- 2024.- 4 dekabr(№89-90).- S.4.