Melburnda Azərbaycan musiqisi səslənib

 

Avstraliyanın Melburn şəhərində Azərbaycan musiqi nümunələrindən ibarət konsert proqramı təqdim olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, konsert “AYTAY” musiqi qrupunun rəhbəri Aslan Şərifi tərəfindən təşkil edilib. Tədbirdə soydaşlarımızla yanaşı, Melburnda yaşayan digər əcnəbilər, eləcə də yerli sakinlər iştirak ediblər.

Proqramda Emin Sabitoğlu, Cahangir Cahangirov, Tofiq Quliyev, Ramiz Mirişli kimi Azərbaycan bəstəkarlarının əsərləri səslənib, “AYTAY”ın rəqs qrupu tərəfindən milli rəqslərimiz nümayiş olunub. Konsert böyük müğənni Rəşid Behbudovun repertuarından “Azərbaycan” mahnısı (musiqi: Rauf Hacıyev; söz: Ənvər Əlibəyli) ilə yekunlaşıb.

 

Mədəniyyət .- 2024.- 4 dekabr(¹89-90).- S.8.