Rabatdakı “Diplomatik Həmrəylik
Bazarı”nda mədəni irsimizin təqdimatı
Azərbaycan Respublikasının Mərakeş
Krallığındakı Səfirliyi Rabat Milli
Kitabxanasında təşkil olunan “Diplomatik Həmrəylik
Bazarı”nda iştirak edib.
Tədbirdə Azərbaycanın mədəni irsi, ənənəvi
sənətkarlıq və milli mətbəx nümunələri
təqdim olunub.
Kəlağayı, xalçalar, keramika nümunələri
və suvenirlərin nümayiş olunduğu stendimiz ziyarətçilərin
böyük marağına səbəb olub. Eyni zamanda, qonaqlar
milli mətbəximizin təamlarından qutab, badambura və
xüsusi olaraq hazırlanan “balkhoorma” – qurudulmuş xurmanın
dadına baxıblar.
Qırxa yaxın ölkənin səfirliyinin
qatıldığı tədbir mədəniyyətlərarası
dialoqun və beynəlxalq həmrəyliyin təbliği məqsədi
daşıyır. Mərakeş paytaxtında ənənəvi
olaraq keçirilən “Diplomatik Həmrəylik Bazar”ı
ölkələrin mədəni irsini tanıtması,
qarşılıqlı anlaşma və dostluğun təşviqi
məkanına çevrilib.
Mədəniyyət .-
2024.- 4 dekabr(¹89-90).- S.8.