Fərman gəldi ki...

 

Yaddaşlardakı yerini də heç kimə vermədi

 

Onun haqqında illər əvvəl, səhv etmirəmsə, ölümündən bir neçə gün sonra yazmışdım. Özümü buna borclu bilmişdim. Çünki vədələşdiyimiz müsahibəyə zaman və ömrü vəfa etməmişdi. Özümü xeyli danlamışdım.

Onu elə son dəfə də səhnədə – Azərbaycan Teatr Xadimləri İttifaqında festivalla bağlı tamaşada görmüşdüm deyə aktyor və insan itkisinin qütbləşməsində sarsılmışdım. Kədərimə ifadə forması belə seçə bilməmişdim. Ağlamalı anlarda gülməklə edilən amansız etiraz kimi. Necə? Onu illər əvvəl özünün verdiyi müsahibədən sitatlarla izah edəcəyəm...

Sonralar anladım ki, səhnədə gülən, özü gülməklə güldürməyi bacaran kədərli adamlar bəxtəvərdir. Çünki dərin hüznün, ağır maddi və mənəvi iztirabın, istedada tərs-mütənasib yaradıcı uğursuzluq, peşənin, sevgi ilə seçilən sənətin zamansızlıq girdabında həqiqi dəyərini almamaq ağır mətləbdir. İllah da o tale ilə barışırmış kimi görünmək. Bu mənada onu da bəxtəvərlər bəxtəvəri saymaq olardı. Nə qədər ironik səslənsə də...

Mənə görə, Fərman Şəkili ömrü boyu mübarizə apardı. Həm özü, həm də özündən qopan və zaman-zaman özünə qarşı dayanan əzmi ilə. Buna qüruru, sınmamağı, qapılar döyməməyi, ağlayıb-sıtqamamağı da əlavə eləsək, əlamət bir tamaşa alınır.

Özünün də dediyi kimi: “Mən doğrudan ampluasız aktyoram. “Şurum-burum”u da gözəl îynaya bilirəm, Teymurləngi də… Özü də Cavidin yîõ, Kristofîr Marlîkun Teymurləngini. Miõail Şvıdkîyun resenziyası var bu rolum barədə. Moskvada îynamışam”...

İndi 70 yaşına çatıb ömür yolunu 58-də qırılan bəstəboy milli Çarli Çaplinimiz. Düzdür, xarici görünüşünə görə onu “Xaç atası”na bənzədənlər də çoxdur. Amma məncə, o bizim Çaplindir...

Hamı ondan danışıb. Bəlağət, ya da bəraət üçün bir sıra ilklikləri adına yazıb daldan atılan daş misalı könlünü almaq cəhdlərində olanlar daha çox olub. Amma o özü də yaxşı bilirdi ki, sözün bütün çərçivələrində aktyor idi və səhnə, kinoekran üçün yaranmışdı. Həm də onu bilirdi ki, doğru olmayan zaman və məkanda doğulmuşdu. Məhz ona görə də Azərbaycan kino, teatr, televiziya mühiti üçün “Şurum-burum”la eyhamlı bir obraz qoydu.

Ömür yoluna qısa nəzər salaq. Fərman Abdulcabbar oğlu Abdullayev (Şəkili) 4 noyabr 1954-cü ildə Şəkidə anadan olub. Gürcüstanda Mixail Tumanişvilinin aktyorluq kursunda təhsil alıb. 1975-ci ildən professional səhnədə olub. Şəki Dövlət Dram Teatrında çalışıb. Quruluş verdiyi tamaşalar beynəlxalq festivallarda mükafatlara layiq görülüb. “Dahi” adlı pantomim pyesin müəllifidir. 1980-ci ilin əvvəllərində oynanılan bu pyes o zaman xeyli səs gətirib. Həyatı mübarizələrdə keçən aktyor xərçənglə cəmi 11 ay döyüşdü. 5 mart 2013-cü ildə son rolunu oynadı və getdi...

Şəki Dövlət Dram Teatrında çalışdığı illər bu sənət ocağının “qızıl dövrü” olub. Kollektivlə qastrollara gedib, festivallarda seçilməyi bacarıb. Sonra səs-küysüz teatrı tərk edib, Bakı mühitində özünə yaradıcı meydan axtarmağa başlayıb.

80-ci illərin ortalarında kinoda onun da üzünə, kiçicik də olsa, bir pəncərə açılıb. 1986-cı il istehsalı “Aşkarsızlıq şəraitində” filmi ilə.

Aktyor o filmə çəkilməsi ilə bağlı maraqlı tarixçə də danışıb: “Bir dəfə “Azərbaycanfilm” kinîstudiyasından Şəki teatrına Elmira Əliyeva zəng vurdu. Dedi ki, biz getmişdik Moskvaya, îrda bizə dedilər ki, Şəkidə belə bir aktyor var. Əlavə etdi ki, biz sizi tanımırıq, şəklinizi göndərə bilərsiniz? Baõaq görək sir-sifətiniz nə təhərdi. Baõın, mənim Azərbaycanda filmə düşməyim “çerez” Moskva olub. Problemlərdən necə danışmayım? Nə isə... Əvvəlcə “Aşkarsızlıq şəraitində” filmində çəkildim. Ramiz Fətəliyevin ssenarisi əsasında Fərhad Yusufîv çəkdi...”.

Sonralar irili-xırdalı olmaqla “Boş yer”, “Zirzəmi, “Fransız, “Həm ziyarət, həm ticarət...”, “Otel otağı”, “Sarı gəlin”, “Yalan”, “Günaydın, mələyim!”, “İstanbul reysi” filmlərində rol aldı.

Taleyin qisməti bu olsa gərək. Onun son filmi oğlu rejissor Elvin Abdullanın kinoda debütü idi: “Özgə günah”...

Onu çox vaxt Azərbaycanda klounada sənətinin yaradıcısı kimi də təqdim edirlər. Sözsüz ki, kütləvi şəkildə edilən bu yanlışlıqla bağlı bir qeydə ehtiyac var.  Azərbaycanda ilk klounlar 1945-ci ildə yaradılmış sirk kollektivində olub. Bunlar Qasım və Bibi oğlu obrazlarıdır. O ki qaldı Fərman Şəkiliyə, bəli, 90-cı illərdə onu televiziya klounadamızda ilklərdən saymaq olardı.

Onun aktyor yaradıcılığı zəngin olsa da, kütləvi tamaşaçı ilə ünsiyyəti “Şurum-burum”, “Xoş beş-on beş” adlarıyla yarandı. Beləcə, yaddaşlarda həkk olundu Fərman Şəkili.

Bakıdakı sənət ictimaiyyəti isə onu Teatr Xadimləri İttifaqının monotamaşalar festivalında “Hamlet” tamaşası ilə kəşf etdi, hətta “Qran-pri”ni də o aldı.

Kədərlidir, amma 2005-ci ildə verdiyi müsahibədə həyəcan təbili çalırdı. Eşidənlər az olsa da, qaldırdığı məsələlər hələ də çağdaşdır: “Mən maksimalistəm. İşləyiriksə, tam işləyirik, işləmiriksə, heç işləmirik. Nə bilim, gəl, başını girlə, başını dîlandır, belə yîõ. Teatrda bu dəqiqə mənim verdiyim quruluşları verməkdən ötrü heç bir şərait yîõdur. Üstəlik, yaradıcı şərait də məni qane eləmir. Bu dəqiqə səhnə yeni texnika, yeni işıqlar tələb edir. Aktyor da həmişə formada olmalıdır. Aktyoru da formada saxlayan aktyor birjasıdır ki, bütün dünya yalnız bununla məşğuldur. Heç kim öz teatrında daimi truppa saxlamır. Î, lazımsız, gərəksiz bir şeydir. Biri gəlib girir ora işə. Sonra qalır illərlə îrada. Adam îrada kök atır, sonra cavanları da işləməyə qoymur. Özü də işləyə bilmir. Orda intriqa əmələ gəlir. Xaricdə belə deyil. Aktyor birjasında minlərlə aktyor olur. Amma tamaşaya, məsələn, altı aktyor lazım olur. Deməli, həmin aktyorlar çalışır ki, altı nəfərdən biri, heç olmasa, î olsun. Ona görə məcburdur öz üzərində işləsin, heç kimin ardınca danışmasın. Buna heç onun vaxtı da yîõdur. Və sabah da mənim kimi adam gəlib tamaşa qurmaq istəyəndə birjadan özü istədiyi aktyoru tapa bilir...”.

Zaman-zaman qarşılaşdığı maneələr, bəlkə də, özünün də eyham vurduğu kimi, “başını girlə”məmək onu tez-tez bezdirsə də, inamını, sevgisini və həvəsini itirmədi. Xəstəliklə boğuşanda da ssenari haqqında düşünüb, film çəkmək üçün vəsait axtardı. İllərlə üzərində işlədiyi “Əyri ağac”ın qəhrəmanı tabutdüzəldən kişi idi...

“Mən dini kitabları yaxşı îõumuşam. Heç bir din günah bağışlaya bilmir. Yalnız Allah bağışlayır günahı. Allahın yanına kim hansı yolla gedirsə, qoy getsin. Bunun mənimçün heç bir əhəmiyyəti yîõdur. Təki, qəlbində Allah olsun. Ona görə mənimçün fərqi yîõdur, bu, müsəlmandır, xristiandır, nədir. İnsan balasıdır da! Buddizmdə deyilir ki, ən yaxşı elm də pis adamın əlinə düşəndə pis iş görür. Onu deyim ki, bütün haqsızların qarşıda haqq-hesabı var. Allaha inanmayandan sonra haqsızlıq etməyə nə var ki…” deyən və həyatı şah fərmanı sayaq müzakirəsiz yaşayan Fərman Şəkili yaddaşlardakı yerini də heç kimə vermədi. Özü və özgələrə inad...

 

Həmidə Nizamiqızı

Mədəniyyət .- 2024.- 4 dekabr(¹89-90).- S.7.